Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Gəncənin bir hissəsi, Ağstafa isə tamamilə qazsızdır


Lənkərana tətbiq edilən qaz məhdudiyyəti aradan qaldırılsa da Ağstafa rayonu və Gəncə şəhərinin bir hissəsi hələ də qazsızdır. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, artıq Ağstafa rayonunda qaz pulu ilə bağlı müəyyən irəliləyiş var və ola bilər ki, bu günlərdə rayona verilən qazın nəqli bərpa edilsin. Bundan başqa bir neçə rayonlarda qaz pulu yığımında problemlərin hələ də qaldığını deyən cənab Eyvazlının sözlərinə görə, həmin rayonlarda yığım faizində artım olmasa o rayonlara verilən qazın nəqli tamamilə dayandırılacaq.


Bu ilin yayında prezident İlham Əliyev qışa hazırlıqla bağlı keçirdiyi müşavirədə «Azəriqaz»a qaz pulu yığımındakı problemləri aradan qaldırmaq tapşırığı vermişdi. Bundan sonra «Azəriqaz» 34 rayona verilən qazı tamamilə dayandırmışdı.


XS
SM
MD
LG