Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 13:40

Məcburi köçkünlərin sığındığı binada yanğın olub


Yanğınsöndürən maşın

Bu gün, aprelin 3-də Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğın hadisəsi Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki «Gilavar» sanatoriyasının ərazisində qeydə alınıb.

Hazırda fəaliyyət göstərmədiyi bildirilən sanatoriyanın binasında məcburi köçkünlər məskunlaşıblar. Üçmərtəbəli korpusun 1-ci mərtəbəsində baş verən yanğının, əsasən, iki otağı əhatə etdiyi bildirilir.

Yaşayış otaqlarının, köməkçi tikilinin, habelə zirzəmidəki əşyaların yandığı vurğulanır.

Nazirlik yuxarı mərtəbələrin tüstüləndiyini, 55 sakinin təxliyə edildiyini, binanın yanğından mühafizə olunduğunu bildirir.

Yanan otaqlarda məskunlaşan köçkünlərin köçürülüb-köçürülməyəcəyi bilinmir. Yanğının baş vermə səbəbi də açıqlanmayıb.

XS
SM
MD
LG