Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 13:38

Putin “ən təmiz” qələbəni qazandığını deyir


Ella Pamfilova Vladimir Putin-ə vəsiqəsini təqdim edir

Rusiya prezidenti Vladimir Putin iddia edir ki, ötən aykı prezident seçkisi ölkə tarixində “ən şəffaf və ən təmiz” səsvermə olub. O, prezident vəsiqəsini alarkən belə deyib. Ancaq opponentləri seçkinin saxtakarlıqla keçdiyini, beynəlxalq müşahidəçilər isə seçicilərə real seçim verilmədiyini deyirlər.

Putin aprelin 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə görüşdə danışıb. Pamfilova onu qələbəsi münasibətiylə təbrik edib, 18 mart seçkisində “inandırıcı və təmiz qələbə” qazandığını bildirib.

MSK-nın rəsmi nəticəsinə görə, Putin səslərin 76,7 faizini qazanıb. Bu onun əvvəlki seçkilərdə qazandığından çoxdur. MSK seçici fəallığının 67 faizini keçdiyini bildirib.

*** Buna da bax: ATƏT Rusiyada seçkiyə qiymət verir

Çoxlarının dediyi kimi, bu, çox güman ölkəmizin tarixində ən şəffaf və ən təmiz seçki olub”, – Putin deyib. O, öz növbəsində Pamfilova-nı təbrik edib, onun və həmkarlarının təmiz seçkinin təminatına kömək etdiklərini söyləyib.

10 MİLYONDAN ÇOX SAXTA SƏS EHTİMALI

Pamfilova seçkidən sonra demişdi ki, 2012-ci ilin prezident seçkisindən “azı iki dəfə az” pozuntu qeydə alınıb. O zaman Putin dörd il baş nazir olandan sonra yenidən prezident seçildi.

Ancaq 18 mart seçkisi günü minlərlə saxtakarlıq iddiası səslənib. Vebkameralar bəzi yerlərdə qutulara topayla bülleten atıldığını göstərib. Bəzi bölgələrdə seçicilər işəgötürənləri tərəfindən seçkiyə getməkdən ötrü təzyiq gördüklərini deyirlər.

Rusiyada seçki statistikasını araşdıran fizik Sergei Shpilkin-in apardığı təhlilə görə, Putin-in ölkə boyunca 10 milyondan çox saxta səs alması mümkündür.

*** Buna da bax: Rusiya Putin-Trump sammitinə “açıqdır”

Seçkini 500-dən çox müşahidəçiylə izləmiş ATƏT isə seçkinin hüquqi və texniki aspektlərinin yaxşı təşkil olunduğunu, ancaq seçicilərin əsl rəqabətsiz seçimlə üzləşdiklərini bildirib.

Fundamental sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarına məhdudiyyətlər siyasi iştirak məkanını daraldıb və sonucda əsl rəqabətin olmadığı bir mühit yaranıb”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının lideri və xüsusi əlaqələndirici Michael Georg Link martın 19-da mətbuat konfransında jurnalistlərə deyib.

Putin 1999-cu ildən baş nazir, yaxud prezident olub. O, mayda daha altı illiyə prezident olmaqdan ötrü and içəcək. Konstitusiya iki dəfədən artıq prezident seçilməyə məhdudiyyət qoyur. Yəni bu, Putin-in sonuncu prezidentliyi ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG