Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:06

Rusiya Trump-ın Suriya vədini alqışlayır


Londonda Suriya və Rusiya prezidentləri əleyhinə etiraz aksiyası, 17 mart, 2018-ci il

Rusiya ABŞ prezidenti Donald Trump-ın Suriyadan qüvvələri “çox tezliklə” çıxaracağına dair vədini alqışlayır. Belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergei Lavrov çıxış edib.

Lavrov aprelin 2-də Moskvada jurnalistlərə deyib ki, Rusiya son vaxtlar İslam Dövləti (İŞİD) qruplaşmasından təmizlədikləri ərazilərdə – Fərat çayının şərq sahilində ABŞ əsgərlərinin “dərindən möhkəmlənməsinin” “narahatedici” əlamətlərini görüb.

İRAN FAKTORU

Trump-ın son bəyanatı göstərir ki, o, “İŞİD üzərində qələbədən sonra Birləşmiş Ştatların Suriyadan çıxacağına dair əvvəlki vədlərinə sadiqdir”. Rusiyanın TASS dövlət xəbər agentliyi Lavrov-a istinadla yazıb.

*** Buna da bax: Lavrov Qərbi ‘yalan və dezinformasiya’ yaymaqda ittiham edib

Rusiya və Suriya prezidenti Bashar al-Assad aylardır Birləşmiş Ştatları Suriyadan 2 minədək əsgərini çıxarmağa çağırır. Onların mövqeyincə, bu əsgərlərin Suriya ərazisində olması beynəlxalq hüququn pozulmasıdır.

Assad tez-tez deyir ki, o, ABŞ əsgərlərini ölkəyə dəvət etməyib. Ancaq 2015-ci ildə Rusiya əsgərlərini dəvət edib. 2011-ci ildə başlanmış vətəndaş müharibəsinin ta əvvəlindən isə İran qüvvələri və yaraqlıları Suriya hökumətinə dəstək verir.

Son aylar ABŞ-ın aparıcı rəsmiləri Rusiyanın çağırışlarına belə cavab veriblər ki, müttəfiqlərini dəstəkləmək lazım gəldikcə qüvvələr bu ölkədən çıxarılmayacaq, üstəlik, İŞİD-in bir daha Suriyaya qayıda bilməyəcəyindən əmin olmalıdırlar.

Trump-ın ötən ay dövlət katibliyindən uzaqlaşdırdığı Rex Tillerson isə yanvarda deyirdi ki, ABŞ qüvvələri Suriyada təkcə İŞİD və Al-Qaeda-nın qayıdışını önləməkdən ötrü qalmamalıdır, İrana “Suriyada daha da möhkəmlənməyə” imkan verilməməlidir.

“MİSSİYAMIZ DƏYİŞMƏYİB”

Pentaqon liderləri də oxşar bəyanatlar veriblər. Sözçü Adrian Rankine-Galloway aprelin 2-də deyib: “Missiyamız dəyişməyib… Prezidentin İŞİD-I məğlub etmək strategiyasının icrasını davam etdiririk”.

*** Buna da bax: Putin bu həftə Ankaraya gedir

Trump isə martın 29-da Ohayo ştatında tərəfdarlarına söyləyib ki, “çox tezliklə Suriyadan çıxacağıq. Qon indi başqaları onun qeydinə qalsınlar”. Bu, Trump-ın Suriya barədə aparıcı müşavirlərindən fərqli düşünməsi ehtimalını ortaya qoyub.

Bundan başqa, “Wall Street Journal” bu yaxınlarda yazıb ki, Trump Suriyanın şərqində sabitləşmə işlərinə görə nəzərdə tutulmuş 200 milyon dolların ayrılmasını ertələyir.

Rusiya ordusu və Suriya dövlət mediası aprelin 2-də bildirib ki, ən böyük üsyançı qrup olan İslam Ordusu da Duma şəhərini tərk etməyə başlayıb.

Suriyada İnsan Haqlarını Müşahidə təşkilatı da sonuncu üsyançıların Dumadan çıxdığını təsdiqləyib. Görünür, Suriyayla Rusiya Hələb şəhərindən sonra ən böyük qələbəyə çox yaxındırlar.

XS
SM
MD
LG