Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

Lavrov Qərbi ‘yalan və dezinformasiya’ yaymaqda ittiham edib


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları və Britaniyanı keçmiş Rusiya casusunun ötən ay İngiltərədə əsəb-sinir kimyəvi qazı ilə zəhərlənməsi ilə bağlı “yalan və dezinformasiyalar” yaymaqda ittiham edib.

Lavrov aprelin 2-də deyib ki, Moskva ilə Qərb arasındakı münasibətlər indi Soyuq müharibə dövründə olduğundan pisdir.

Rusiyanın keçmiş casusu Sergey Skripal və onun qızı Yulia martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərləndikdən sonra Moskva ilə Qərb arasında söz güləşi davam edir.

Britaniya, ABŞ və onların 20-dək müttəfiqi casusun zəhərlənməsi ilə əlaqədar 150-dən çox Rusiya diplomatını qovub.

Banqladeşə səfəri əsnasında keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri deyib ki, “indi bizim Qərb partnyorlarımız, xüsusilə də Britaniya, Birləşmiş Ştatlar və onlardan kor-koranə nümunə götürmüş bir neçə başqa ölkə hər hansı pərdələri bir tərəfə çəkərək açıq yalan və açıq dezinformasiyaya keçiblər”.

Lavrov deyib ki, Rusiyanın artıq mühakimə edilmiş keçmiş kəşfiyyat polkovniki Skripalı hədəfləməkdə heç bir marağı yox idi. O 2010-cu ildə Birləşmiş Ştatlarla dustaq casusların dəyiş-düyüşü zamanı azad edilərək Britaniyaya köçmüşdü.

Lavrov deyib ki, “əgər bu adamla bağlı bir problem olsaydı, o heç vaxt dəyişdirilməzdi”.

Nazir Britaniyanın “bu məsələdə Rusiyanın roluna heç bir alternativ yoxdur” bəyanatını rədd edərək deyib ki, bu işi Britaniya kəşfiyyatının özü görə bilərdi.

Skripal hazırda İngiltərə xəstəxanasında ağır vəziyyətdə qalır. Onun qızı Yulia bir qədər özünə gəlib.

Lavrov deyib ki, Rusiya bu məsələnin Kimyəvi Silahların Qadağanı Təşkilatında müzakirəsinə çağırıb.

Habelə aprelin 2-də Rusiyanın bu təşkilatdakı nümayəndəsi televiziya ilə şərhində bildirib ki, məsələnin təhqiqatında Rusiya eksperti də iştirak etməlidir.

Onun sözlərinə görə əks halda Moskva bu araşdırmanın nəticələrini tanımayacaq.

Britaniya hökuməti artıq bu təşkilatı Solsberidən götürülmüş nümunələrin analizi üçün dəvət edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG