Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Gənc fəalın yeri bilinmir


AXCP

Yaxınları müxalif ictimai fəal Fatimə Mövlamlıdan xəbər ala bilmədiklərini deyirlər. Onun artıq iki gündür ki, yoxa çıxdığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər ki, F.Mövlamlı martın 31-də Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi icazəli etiraz aksiyasında iştirak edib. Onun martın 31-dən yoxa çıxdığı güman edilir. Gəncin əqidə yoldaşlarının demələrinə görə, bütün yaxınlarla əlaqə saxlansa da, onu «gördüm» deyən yoxdur.

Müxalifətçi fəalın yaxınlarının əlaqəli qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etdiyi bildirilir. Ancaq hələlik müxalif fəaldan xəbər olmadığı deyilir.

Yaxınlarının deməsinə görə, müxalif fəal həm də son zamanlar «Diktatoru tanıdaq» kampaniyasının Bakıdakı iştirakçılarından olub. Onlar F.Mövlamlının siyasi baxışlarına, fəallığına görə saxlanıla biləcəyini düşünürlər.

Bir müddət öncə F.Mövlamlı özü də polisə aparıldığını, ifadəsi alındıqdan sonra buraxıldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyindən F.Mövlamlının durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində «diktatoru tanıdaq» adlı aksiyalar keçirirlər.

Ancaq hakimiyyət rəsmiləri də bildiriblər ki, prezident İ.Əliyevin opponentlərinə Azərbaycanda sivil şəkildə mübarizə aparmağa hər cür şərait var.

Günün bütün mövzuları

XS
SM
MD
LG