Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:08

Gənc fəal qanunu pozmadığını deyir


Müxalifətin 31 mart mitinqi [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Müxalifətin 31 mart mitinqi [Yekun video]

«Bu gün, aprelin 2-də müxalifətin mitinqindən öncə inzibati qaydada həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ayaz Qasımovla görüşdüm».

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev bildirib.

Vəkil deyib ki, A.Qasımovla görüşməkdən ötrü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına gedib. Amma gənci orada tapmayıb.

«Sonra öyrəndim ki, A.Qasımov Binəqədi Rayon Polis İdarəsində saxlanır», - vəkil bildirib.

Ə.Mustafayev deyib ki, A.Qasımova polisin qanuni əmrinə tabe olmamaq ittihamı irəli sürülüb. Onun vurğulamasına görə, Binəqədi Rayon Məhkəməsi martın 29-da gənc fəala 15 sutka həbs cəzası verib.

Vəkilin açıqlamasına görə, gənc fəal heç bir qanun pozuntusuna yol ver vermədiyini deyib.

Ə.Mustafayev bundan öncə, martın 30-da inzibati qaydada 30 sutka həbs alan daha iki AXCP fəalı - Abdulla Mahmudov Orxan Baxışlı ilə görüşdüyünü açıqlamışdı. O, gənclərin saxlanma şəraitindən narazı olmadıqlarını bildirmişdi.

Üç fəalın saxlanaraq inzibati qaydada həbs edilməsi ilə bağlı məlumatı jurnalistlərə ilk dəfə AXCP sədri Əli Kərimli bildirmişdi. O gənclərin mitinqin təşkilatçıları olduğunu, uydurma ittihamla cəzalandırıldığını açıqlamışdı: «ATƏT müşahidə apardığından bu dəfə mitinqöncəsi təzyiqlər az oldu. Ancaq onlarla fəal polisə çağırıldı. AXCP-nin üç fəalına isə sutkalıq həbslər verildi...».

Ancaq bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.

Milli Şura və Müsavat Partiyasının bundan öncəki mitinqi ərəfəsində isə altı nəfərin inzibati qaydada həbs cəzası aldığı bildirilmişdi. Həmin altı şəxs də rəsmən polisin qanunu tələbinə əməl etməməkdə ittiham edilmişdilər. AXCP hesab edir ki, bunda məqsəd mitinqlərin kütləviliyinin qarşısını almaqdır. Hakimiyyət təmsilçiləri isə belə yanaşmanı «mitinqlərə az insanın gəlməsinə don geydirmək» cəhdi kimi dəyərləndirib.

Xatırlatma

Martın 31-də Milli Şura və Müsavat Partiyası Bakıda «Talana son», «Korrupsiyaya son», «Azad seçki» şüarları ilə aksiya keçirib. Aksiyada həmçinin, 31 mart qırğınlarını pisləyən şüarlar səsləndiriblər.

Təşkilatçılar bunu aksiyanın 31 mart qırğınının 100 illiyinə təsadüf etməsi ilə izah edib. 1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir.

Bakı Şəhər Baş Polis İdarəsi isə aksiyadan sonra bildirib ki, mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Multimedia

XS
SM
MD
LG