Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Yahova şahidi ekstremizmdə ittiham olunur


Yahova şahidi Valery Novik (soldan 3-cü) həyat yoldaşı Tatyana ilə prezident Vladimir Putin tərəfindən "Valideyn şərəfi" mükafatı alandan sonra, may, 2017-ci il
Yahova şahidi Valery Novik (soldan 3-cü) həyat yoldaşı Tatyana ilə prezident Vladimir Putin tərəfindən "Valideyn şərəfi" mükafatı alandan sonra, may, 2017-ci il

“Human Rights Watch” insan haqları təşkilatı bu həftə məhkəməsi keçiriləcək Yahova Şahidinə qarşı ittihamları ləğv etməyə çağırıb.

Aprelin 3-də Rusiyanın mərkəzindəki Oryol şəhərində Dennis Christensen-in məhkəməsi başlanır. 46 yaşlı Christensen Danimarka vətəndaşıdır və 10 aydan çoxdur həbsdədir.

“Ekstremist elan olunmuş dini təşkilatın fəaliyyətinin təşkili” ittihamı sübuta yetirilsə, ona 10 ilədək həbs cəzası kəsilə bilər.

Rusiya hakimiyyəti din azadlığından istifadə edən Yahova Şahidini cəzalandırmaq istəyir”, – HRW-nın Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber aprelin 2-də yayılmış bəyanatda deyib.

“YAXŞI BAŞLANGIC”

Denber-in sözlərinə görə, Christensen “yanlış bir iş görməyib və azad edilməlidir”.

Yahova Şahidi mayın 25-də Oryol şəhərində polisin dini ibadətə basqını zamanı saxlanıb.

HRW-nın bildirməsinə görə, o, ibadət zamanı moizə oxuyurmuş. Qurum Christensen-in vəkilinə istinadla yazır ki, ittihamlar həmçinin onun bir dini nəşr barədə müzakirələrdə iştirakı və digər hərəkətlərindən qaynaqlanır.

Yahova Şahidlərinin hərbi xidmət, səsvermə, hökumətin səlahiyyətləriylə bağlı mövqeyinə Rusiyada şübhəylə yanaşırlar.

Din azadlığı Rusiyada rəsmən təmin olunsa da, qanunvericilik pravoslav xristianlığı, islam, iudaizm və buddizmi ölkənin əsas dörd ənənəvi dini kimi təsbit edir və daha kiçik dini icmalar tez-tez ayrıseçkiliklə üzləşirlər.

2017-ci ilin aprelində Ali Məhkəmə Yahova Şahidlərinə ekstremist təşkilat damğası vurub, bu qurumun Rusiyadakı mülkiyyətinin müsadirəsinə göstəriş verilib, ona etiqad edənlərin fəaliyyəti yasaqlanıb.

O vaxtdan xeyli sayda inanclı şəxs təqib olunduğunu bildirir.

Rusiya hakimiyyətinin Yahova Şahidləri ardıcıllarını qəddar şəkildə təqib etməsi güclənir. Christensen-ə qarşı cinayət işini bağlamaq bu reydlərin və sadəcə, inanc azadlığından istifadə edən digər şəxslərə qarşı cinayət işlərini dayandırmaq yönündə yaxşı bir başlanğıc olardı”, – Denber deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG