Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:47

Moskva yaxınlığında zibilliyin bağlanmasını tələb edirlər


Yadrovo zibilliyi

Aprelin 1-də bir neçə min adam Moskva yaxınlığındakı zibilliyin bağlanması və region qubernatorunun istefası tələbiylə etiraz aksiyası keçirib. Onlar bu ərazidən zəhərli qazların çıxdığını bildirirlər.

Volokolamsk şəhərinin mərkəzinə toplaşan nümayişçilər “Zibilliyi bağlayın” şüarı səsləndirib, əllərində “Övladlarımızı kütləvi zəhərlənmədən qoruyun” kimi plakatlar tutublar.

Onlar həmçinin yerli hakimiyyətin, Moskva regionunun qubernatoru Andrei Vorobyov-un istefasını tələb ediblər.

Tələblərimiz dəyişməyib: Yadrovo zibilliyinin bağlanmasını, Volokolamsk rayonu rəhbərinin yerli sakinlər arasından seçilməsini tələb edirik”, - Interfax yürüş təşkilatçılarına istinadla yazıb.

Agentlik aprelin 1-də polisin 12 etirazçını saxladığını yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG