Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

31 mart qırğınının 100-cü ildönümüdür (Video)


Mart qırğınından 100 il keçir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Mart qırğınından 100 il keçir

1918-ci il martın 30-dan aprelin 2-nə kimi daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda minlərlə insanı qətlə yetirdiyi bildirilir.

Tarixçilərin bildirməsinə görə, həmin vaxt «Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binası yandırılıb.

Yerli əhaliyə qarşı hücumların Şamaxı, Quba və daha bir sıra bölgələrdə də davam etdiyi yazılır.

Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Buna da bax: 31 mart qırğınının 100-ci ildönümüdür

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti də mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib.

Sovet hakimiyyəti illərində bu tarix qeyd olunmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra, 1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

Bu il bu hadisələrin 100 illiyi ilə bağlı bir sıra rəsmi və qeyri rəsmi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Buna da bax: Mart qırğınlarının şahidləri…

Dünən, martın 30-da ölkə parlamenti və Xarici İşlər Nazirliyi həmin qırğını pisləyən bəyanat yayıb.

Milli Məclisin qəbul etdiyi sənətdə baş verənlər “Böyük Ermənistan” siyasətinin nəticəsi kimi dəyərləndirilir.

Bu siyasətin sonraki dönəmlərdə də davam etdiyi vurğulanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG