Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Media Klubun yaradılması ideyası irəli sürülüb


Media Klubun yaradılması ideyasının müzakirəsi

Azərbaycan jurnalist birliyinin nümayəndələri Media Klubun yaradılmasını qərara alıblar. Klub media məkanının mühüm problemlərini həll etməyə, kütləvi informasiya vasitələri (KİV) sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platforma rolunu oynamalıdır.

Media Klubun yaradılması ideyası bu gün, martın 30-da «Turan» agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb. Görüşdə «Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert, jurnalist Qulu Məhərrəmli, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət və xural.com saytının baş redaktoru Əvəz Zeynallı iştirak ediblər. Habelə, aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli və «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də onların arasında olub.

«İfadə azadlığına ziyan dəyir»

«İnformasiya məkanında vəziyyət pis olaraq qalır, düşmənçilik dilində danışmaq, aqressiya üstünlük təşkil edir. Peşə-etik normalar pozulur, ifadə azadlığına ziyan dəyir», - A.Əliyev bildirib.

O, deyib ki, bir tərəfdən, informasiya-texnologiya sahəsində mühüm irəliləyişlər nəzərə çarpır: «Başqa tərəfdən isə, diskreditasiya (İnam və etimadı sarsıtma, hər hansı şəxsi və ya qurumu etibardan, nüfuzdan salmaq), böhtan, təhqir və zorakılığın təbliğindən ötrü informasiyadan istifadə olunması daha böyük miqyas alır».

Z.Əzəmət də deyib ki, belə hallar ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsində mümkün olub. Onun fikrincə, praktiki olaraq, informasiya meydançaları öz mövcudluğunu dayandırıb.

Media Klubun təşəbbüsçüləri hesab edirlər ki, informasiya mühitində inkişaf etməkdə olan neqativ proseslər dağıdıcı xarakter daşıyır və ümumilikdə, cəmiyyətə mənfi təsir göstərir.

Xatırlatma

Hakimiyyət rəsmiləri də tez-tez bəzi KİV-lərdə böhtan və təhqirə yol verildiyi ilə bağlı şikayətlənirlər. Ancaq onlar heç də bunu ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsi kimi dəyərləndirmirlər. Onlar iddia edirlər ki, Azərbaycanda hökumət qurumlarının söz və mətbuat azadlığına basqısı yoxdur. Rəsmilər problemləri sırf peşəkarlıqla izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG