Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:08

Kosovodan 6 türk deportasiya olundu, nazir işdən çıxarıldı


Mehmet Akif Kollecinini tələbələri müəllimlərinin deportasiyasına etiraz edir, 29 mart, 2018-ci il

Martın 30-da Kosovonun baş naziri Ramush Haradinaj daxili işlər naziri və gizli xidmət rəhbərini işdən çıxarıb. Səbəb bir gün öncə altı türkiyəlinin saxlanaraq Türkiyəyə deportasiya olunmasıdır.

Rəsmi bəyanatında Haradinaj deyib ki, Kosovo Kəşfiyyat Agentliyinin direktoru Driton Gashi və daxili işlər naziri Flamur Sefaj vəzifələrindən dərhal azad olunublar.

Haradinaj həmin altı nəfərin deportasiya əməliyyatından xəbərdar olmadığını bildirib. Martın 29-da saxlanmış altı nəfər ABŞ-da yaşayan Fethullah Gulen hərəkatına bağlı məktəblərlə əlaqələrdə şübhəli biliniblər. Gulen hərəkatı 2016-cı ildə Türkiyədə uğursuz çevriliş cəhdinin təşkilində ittiham olunur, ancaq özü bunu danır.

SEÇKİ TƏLƏB EDİRLƏR

“Əməliyyat bütövlükdə – Kosovo ərazisində altı türkiyəlinin yaşayış izninin ləğvi, saxlanması və fövqəladə şəkildə Türkiyəyə ekstradisiyası mənim bilgim və icazəm olmadan gerçəkləşdirilib”, – Haradinaj bəyanatında bildirib.

Martın 30-a Kosovo parlamentindəki müxalifətçilər növbədənkənar seçki təyin ediblər. İddia ediblər ki, bu insident baş nazirin hökumət qurumları üzərində yetərincə səlahiyyətinin olmadığını göstərir.

Şərhçilərin fikrincə, son həftələr Kosovo Türkiyənin təzyiqi altındaydı, Gulen hərəkatına bağlılıqda ittiham olunan məktəblərə qarşı tədbir görülməsi tələb olunurdu.

Türkiyə bildirib ki, martın 29-da saxlanan altı nəfər Gulen hərəkatına üzv toplamaq və Türkiyədən bəzi şəxslərin çıxmasına yardımda suçlanır.

Qeyd edək ki, uğursuz çevriliş cəhdindən sonra on minlərlə adam Gulen-ə bağlılıqda ittiham olunaraq ya işdən çıxarılıb, ya da həbsə atılıb.

Türkiyə yoxsul Kosovonun əsas dəstəkçisidir. Kosovo 2008-ci ildə Serbiyadan ayrıldığını elan edib. Bu ölkənin yeganə aeroportunu, elektrik şəbəkəsini türk şirkətləri idarə edir. Türkiyə burada dəyəri 2 milyard dollara yaxın iki magistral yol çəkir.

XS
SM
MD
LG