Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:50

Peskov cinsi qısnamadan danışan aktrisaları “fahişələr”lə müqayisə edir


Cinsi qısnamaya etiraz edən əfqan aktrisa Kubra Khademi
Cinsi qısnamaya etiraz edən əfqan aktrisa Kubra Khademi

Rusiya prezidenti Vladimir Putin-in sözçüsü Dmitry Peskov Hollywood prodüseri Harvey Weinstein tərəfindən cinsi qısnamaya məruz qaldığını deyən aktrisaları “fahişələr”lə müqayisə edib. Onun deməsinə görə, bu qadınlar daha öncə danışmalıydılar.

Peskov martın 29-da Moskvada bir universitetdə tələbələr qarşısında çıxış edib. O deyib ki, Weinstein-ə qarşı danışan bəzi aktrisalar “Hollywood ulduzları”na çevrilib, “bizim şərəf və ləyaqət anlayışlarımıza uyğun gəlməyən bir çox şey edib”.

Dmitry Peskov, arxiv fotosu
Dmitry Peskov, arxiv fotosu

“10 MİLYON DOLLARA GÖRƏ...”

Onlar yüz milyonlarla dollar qazanıblar və 10 il sonra deyirlər ki, Weinstein pis adamdır”, – Peskov söyləyib. O, daha öncə cinsi qısnama iddialarından danışmamışdı.

Ola bilsin, Weinstein əclafdır, ancaq onlardan heç biri polisə getməyib! Xeyr, onlar 10 milyon dolları qazanmaq istəyiblər. 10 milyon dollara görə kişiylə yatan qadına nə deyirsiz? Qəddar görünə bilərəm, amma ona fahişə deyirlər”, – Peskov deyib.

50-dən çox qadın Weinstein-ə cinsi qısnamadan tutmuş zorlamaya qədər ittihamlar irəli sürüb. Onların içində Ashley Judd və Hollywood-un digər tanınmış aktrisaları da var.

İddialara görə, Weinstein gizli müstəntiqlər və hüquqi təhdidlərə əl ataraq onu ittiham edənləri gözdən salmaq və qorxutmaqla hədələyib, onların cinsi qısnamayla bağlı iddiaları açıqlamasnı önləməyə çalışıb.

Peskov bunları Rusiya parlamentinin aparıcı üzvünə cinsi qısnama ittihamlarıyla bağlı jurnalistlərin sualına cavabında deyib.

*** Buna da bax: Keçmiş gimnast idmanda cinsi qısnamadan danışır

“NİYƏ SUSMUSAN?”

Qərb və müstəqil medianın bir sıra müxbirləri Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutsky-ni ədəbsiz seksual ifadələr və hərəkətlərdə ittiham edib.

Ancaq parlamentin etika komitəsi martın 21-də qərar çıxarıb ki, Slutsky “davranış normaları”nın hər hansı pozuntusuna yol verməyib. Bundan sonra 20-dən çox media orqanı jurnalistlərini Dumanın fəaliyyətini işıqlandırmasını dayandırıb.

Peskov daha öncə bu məsələni şərh etməmişdi, amma tələbələrə deyib ki, qadınlar bu hərəkətlərlə bağlı dərhal məlumat verməliydilər.

“Səni əlləyibsə, cinsi qısnamaya məruz qoyubsa, niyə susmusan? Niyə polisə getməmisən? Niyə bu qədər vaxt keçəndən sonra Etika Komitəsinə üz tutmusan?” – Peskov sual edib.

Kremlin sözçüsünün deməsinə görə, Birləşmiş Ştatlar və başqa yerlərdə qadınlar getdikcə daha çox cinsi qısnama barədə danışırlar və onun fikrincə, Sıutsky-ni ittiham edənlər də “dəbə uyğun bəyanat verirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG