Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

Keçmiş gimnast idmanda cinsi qısnamadan danışır


Bədii gimnastika
Bədii gimnastika

Cinsi təcavüz təkcə siyasətdə tabu deyil. Hələ 2007-ci ildə Beynəlxalq Olimpiya Komitəsi belə halların idmanın bütün sahələrində və bütün səviyyələrdə baş verdiyi haqda bəyanat yaymışdı. O zamandan bəri çox şey dəyişməyib. Fevralda ABŞ-ın gimnastika yığmasının keçmiş həkimi Larry Nassar-ın işi ətrafında hay-küy baş qaldırdı. Məhkəmə onu 100-dən artıq idmançı qıza cinsi qısnamada günahkar bildi. Zərərçəkmişlərin çoxu məhkəmədə çıxış etdi. Nassar 175 illik həbs cəzası aldı.

Bu barədə açıq danışmaq qısnamayla mübarizəyə yardım edirmi? Keçmiş gimnast, 2011-ci ilin dünya çempionu, Belarus Milli Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Lyubov Cherkashina hesab edir ki, bu işi başlı-başına buraxmaq, hər şeyin özü-özünə ötüşəcəyinə inanmaq olmaz. Onun sözlərinə görə, bu işlərlə ciddi məşğul olunmalıdır.

«İdmançı qızlar üçün qəfil fasilə çətindir»

O hesab edir ki, məruz qaldıqları qısnama haqda danışmamaq, mübarizə aparmamaq belaruslu qadınların mentalitetinə xasdır. «Bu barədə daim susanda, əlbəttə ki, bu, nəsildən-nəslə keçəcək və problem həll olunmayacaq», – o deyir.

Bir çox ölkənin milli olimpiya komitəsi cinsi qısnama hallarının önlənməsinə dair xüsusi kodeks qəbul edib. Ancaq Belarusda hələlik belə addımlar atılmayıb.

Cherkashina idmançı qadınların uşaq dünyaya gətirdikdən sonra idmana qayıtması məsələsinə də toxunub.

«İdmana qayıdan qadınlar məni çox qürurlandırır. Çünki əlbəttə, bədənini hamiləlikdən öncəki fiziki imkanlara qaytarmaq, həyatını körpəni nəzərə alaraq yenidən planlaşdırmaq çox çətin işdir. Bunu qısa zamanda etmiş Dasha Domracheva və Alla Tsuper-ə heyranam. Olimpiya hərəkatına Olimpiya medalına, olimpiadada olmağa, yüksək yerlər uğrunda mübarizə aparmağa o qədər həvəsli olmalısan ki, bunu edə biləsən.

Belaruslu biatlonçu Darya Domracheva
Belaruslu biatlonçu Darya Domracheva

Bu onu göstərir ki, hər şey mümkündür, istək, yaxınların dəstəyi vacibdir. Həyatlarının bu anında onların həyat yoldaşları onları çox dəstəkləyir. Yəni onlar demirlər ki, «yox, qadın, evində otur və təkcə uşağınla məşğul ol». Onlar anlayırlar ki, idmançı qızlar üçün qəfil fasilə çox çətindir. İlk növbədə psixoloji baxımdan çətindir. Qadın da psixoloji sıxıntı yaşayanda onun bütün ətrafı əziyyət çəkir», – o deyir.

«Həm çox yaşlıyıq, həm çox gənc»

Çox zaman qadına deyilir ki, «sən artıq filan işi görməkdən ötrü bir az yaşlısan, artıq karyera qura, uşaq doğa bilməzsən». Cherkashina-nın sözlərinə görə, idmançılarda bu məsələnin iki tərəfi var:

«Biz həm bir az çox yaşlı oluruq, həm də bir az çox gənc. Hər zaman o ideal qızıl ortanı gözləyirik. Əslində, onu gözləmək də lazım deyil. Mən Olimpiya Komitəsinə və Beynəlxalq Gimnastika Federasiyasına düşəndən sonra bir-iki il vaxtım var idi. Mənə həmişə elə gəlirdi ki, bu məsələlərlə məşğul olmaq üçün çox balacayam. İndi isə anlayıram ki, balaca-zad deyiləm, sadəcə, ola bilsin ki, biz fərqli nəsillərə aidik və həmişə ortaq məxrəcə gələ bilərik. Bundan qorxmaq, dərhal özünü cəzalandırmaq lazım deyil. Bəli, mən bacararam, mənim buna biliyim çatar. Mən buradayamsa, mənə burada olmaq etimadını göstəriblərsə, deməli, nəsə etməyə qadirəm. Mənə elə gəlir ki, bunu yetkin insanlara, böyüklərə də şamil etmək olar, onlar da buna qadirdir. Bu, daxili anlayış məsələsidir və mənə elə gəlir ki, yaşa baxan rəhbərlərin sayı get-gedə azalır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG