Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 18:53

Rusiya Əfqanıstan Talibanını silahlandırma iddialarını təkzib edir


Zamir Kabulov, arxiv fotosu

Rusiyanın Əfqanıstandakı səfiri Talibana silah verilməsi iddialarını təkzib edib. Pentaqon iddia etmişdi ki, Taliban-ın ABŞ qüvvələri və əfqan hökumətiylə 16 illik müharibəsi zamanı Moskva ona silah verib.

Zamir Kabulov martın 29-da Moskvada brifinqdə deyib ki, Taliban özünə gərəkən bütün silahları qanunsuz yolla əfqan hökuməti və polisdən alıb, Rusiya isə yaraqlılara silah alışı üçün pul verməkdən imtina edib.

Kabulov-un deməsinə görə, Rusiyanın Talibanla əlaqələrinin hədəfi Əfqanıstanda Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək, Talibanı sülh danışıqlarına qoşulmağa həvəsləndirmək olub.

Bir neçə il öncə Əfqanıstandakı Rusiya missiyası və Rusiya vətəndaşlarına mümkün terror hədələriylə bağlı ciddi narahat olanda kontakt yaratdıq”, – o deyib.

Kabulov-un deməsinə görə, Taliban liderlərindən bəziləri Kabil hökumətiylə sülh danışıqlarına tərəfdardır, ancaq onlar azlıq təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG