Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:58

ATƏT-in missiya rəhbəri baş prokurorla seçkidən danışıb


ATƏT müşahidəçisi

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyasının Baş Prokurorluqda yaradılan İşçi Qrup ilə əməkdaşlığa önəm verəcəyi bildirilir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Korin Yonker baş prokuror Zakir Qaralov ilə görüşüb. Görüş bu gün, martın 29-da Baş Prokurorluqda keçirilib.

Prokurorluğun məlumatında vurğulanır ki, Z.Qaralov görüşdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi məqsədilə görülən işlər haqda danışıb. O, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib.

Qonağa həmçinin, seçkilər zamanı yol verilən qanun pozuntularının təxirə salınmadan araşdırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluqda İşçi Qrupun yaradıldığı deyilib.

K.Yonkerin seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verdiyi, müşahidə missiyasının proses boyu Baş Prokurorluğun İşçi Qrupu ilə əməkdaşlığa önəm verəcəyini ifadə etdiyi bildirilir.

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci il parlament seçkiləri) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Aprelin 11-də keçiriləcək prezident seçkilərini isə ATƏT müşahidə edəcək.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG