Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 15:14

Gürcüstan da rusiyalı diplomatı qovur


Ukraynadakı Rusiya səfirliyinin qarşısı

Gürcüstan da rusiyalı diplomatı qovmaq qərarına gəlib. İndiyədək onlarla ölkə Britaniyada rusiyalı keçmiş casus Sergei Skripal və qızının sinir qazıyla zəhərlənməsinə cavab olaraq oxşar addım atıb.

Gürcüstanın Xarici İşlər Nazirliyi martın 29-da yaydığı bəyanatda “Britaniya torpağında kimyəvi silahdan istifadəni, bunun insan əziyyətinə səbəb olmasını... digərlərinin həyatına və səhhətinə ciddi risk yaratmasını pisləyir”.

Bu zəhərlənmə hadisəsinin “ümumi təhlükəsizliyə ciddi problem yaratdığını” vurğulayan nazirlik qeyd edir ki, İsveçrə səfirliyindəki Rusiya Federasiyasının Maraqları Sektorunun əməkdaşı yeddi gün ərzində ölkəni tərk etməlidir.

İndiyədək Britaniya, Birləşmiş Ştatlar, NATO, Avropa Birliyinin xeyli üzvü, AB üzvü olmayan Ukrayna toplam 150-dən çox rusiyalı diplomatı qovub.

NATO-ya üzv olmağa can atan Gürcüstanla Rusiyanın münasibətləri 2008-ci ilin avqustunda beşgünlük müharibədən sonra kəskin pisləşib.

İsveçrə 2009-cu ildə Tbilisidəki səfirliyində Rusiya Federasiyasının Maraqları Sektorunu açıb. Moskvadakı səfirliyində isə Gürcüstanın Maraqları Sektoru açılıb.

XS
SM
MD
LG