Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:23

Assange internetsiz qalıb


Julian Assange

Kito rəsmiləri dünən – martın 28-də WikiLeaks saytının yaradıcısı Julian Assange-nın internetini kəsdiklərini bildiriblər. O, Ekvadorun Londondakı səfirliyində yaşayır.

Assange sosial şəbəkələrdə Almaniyanı Kataloniyanın keçmiş prezidenti Carles Puigdemont-u saxladığına görə tənqid edib. Bunun Ekvadorun Avropa ölkələri ilə xoş münasibələrinə risk yaratdığı vurğulanır. Daha bir şərhində isə Assange Qərb ölkələrindən xeyli sayda rusiyalı diplomatın çıxarılmasını pisləyib.

Ekvador hakimiyyəti 2016-cı ildə də Assange-nın internetə çıxışını kəsmişdi. O zaman onun təşkilatı ABŞ-da prezidentliyə keçmiş namizəd Hillary Clinton barədə kompromat yaymışdı. Ekvador rəhbəri Lenin Moreno Assange-nı «haker» adlandırmış, ona siyasətdən uzaq durmağı tövsiyə etmişdi.

Assange 2012-ci ildə bir şərtlə sığınacaq alıb ki, Ekvadorun diplomatik münasibətlərini çətinləşdirəcək məlumat yaymasın. Kitoda onun bu anlaşmanı pozduğunu düşünürlər.

Bu günlərdə Ekvador Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Londonda onun vəkilləri ilə görüşəcək.

Britaniyada Assange-nın həbsiylə bağlı order qüvvədədir. O, Dövlət Departamentinin gizli sənədlərini açıqladığına görə Birləşmiş Ştatlara ekstradisiya da oluna bilər. Dekabrda Ekvador ona vətəndaşlıq verib və diplomatik toxunulmazlıq qazanacağına ümid edib. Amma Britaniya XİN Birləşmiş Krallıq ərazisində onun diplomatik statusunu tanımayıb.

XS
SM
MD
LG