Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

İlham Əliyev Həsən Ruhani ilə görüşüb


İ.Əliyev və H.Ruhani

Martın 28-də Azərbaycana rəsmi səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. H.Ruhanini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri H.Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İ.Əliyevə təqdim olunub.

Qarşılanma mərasimindən sonra iki ölkə prezidentinin təkbətək görüşü olub.

İran prezidenti H.Ruhani bu gün, martın 28-də Azərbaycana gəlib. Səfərin iki gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında geniş tərkibdə də görüş keçirilməlidir. Onlar Neftçalada avtomobil zavodu və Astara-Rəşt dəmiryolu xəttinin açılışında iştirak etməlidirlər. İki ölkə arasında həmçinin, sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG