Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Ryan Çexiyadan rusiyalı hakerin ekstradisiyasını istəyir


Paul Ryan Çexiya parlamentində
Paul Ryan Çexiya parlamentində

Çexiya hökuməti şübhəli rusiyalı hakeri Rusiyaya deyil, Birləşmiş Ştatlara təhvil versin. Belə bir çağırışla ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryan çıxış edib.

Yevgeny Nikulin 2012 və 2013-cü illərdə LinkedIn və Dropbox kimi böyük internet şirkətlərinə haker hücumunda ittiham olunur. Birləşmiş Ştatlarda o, kompüterə müdaxilə və şəxsi informasiyanın oğurlanmasında ittiham olunur, təqsiri sübuta yetirilsə, 30 ilədək həbsə məhkum edilə bilər.

Ancaq Rusiya da ekstradisiya xahişi verdiyindən bu məsələ beynəlxalq çəki qazanıb. Rusiyada isə Nikulun 2009-cu ildə 2 min dollaradək pulu onlayn oğurlamaqda şübhəli bilinir.

*** Buna da bax: Spiker Paul Ryan deyir ki, Rusiya diplomatlarının qovulması ‘düzgün addımdır’

Çexiya Respublikasında səfərdə olan Paul Ryan martın 27-də deyib ki, “cənab Nikulin-in Amerikaya ekstradisiyası olunacağına inanmağa hər cür səbəbimiz var”.

Martın 26-da Praqada AzadlıqRadiosu-na müsahibə verən Ryan söyləyib ki, “Nikulin-in Rusiyaya deyil, Amerikaya təhvil verilməli olması son dərəcə aydındır”.

“SONUCDA TƏHVİL VERİLƏCƏK”

Səfər zamanı baş nazir Andrej Babis və digər rəsmilərlə görüşən Ryan AzadlıqRadiosu-na danışıqlarda bu məsələni də qaldırdığını bildirib:

O, qanunlarımızı pozub, bu şirkətlərə haker hücumu edib... Onun ekstradisiyası çox qanunidir. Sadəcə, gözləntim odur ki, Çexiya sistemi bu prosesi keçəcək və sonucda ümid edirəm və gözləyirəm ki, o, təhvil veriləcək”.

Bu məsələ Praqada da siyasi diskussiya yaradıb.

Babis deyib ki, Nikulin Birləşmiş Ştatlara təhvil verilməlidir. Nikulin-lə bağlı qərar verəcək şəxs – ədliyyə naziri Robert Pelikan-ın deməsinə görə, prezident Milos Zeman şübhəli hakerin Rusiyaya verilməsi tərəfdarıdır. Zeman daha çox kremlpərəst baxışlarıyla seçilir.

Zeman-ın idarəsi Pelikan-ın dediklərini şərh etməyib.

Bu arada Nikulin-in məhkəmələrində sərt təhlükəsizlik tədbirləri görülməkdədir. O, Birləşmiş Ştatlara ekstradisiyasına qarşı çıxır və bu yaxınlarda Konstitusiya Məhkəməsinə şikayət verib.

Nikulin-in vəkilinin deməsinə görə, müştərisi iddia edir ki, Federal Təhqiqat Bürosu (FBI) onu 2016-cı ildə ABŞ-da prezident seçkisi kampaniyası zamanı Demokratlar Partiyasının serverlərinə haker hücumuyla əlaqələndirməyə çalışır.

*** Buna da bax: Üç sosial şəbəkəni yarmış "rus hakeri" Praqada necə tutulub?

FBI agenti Nikulin-ə konkret təkliflə yaxınlaşıb və deməsinə görə, ondan etmədiyi bir şeyi boynuna almasını istəyiblər. Narahatdır ki, Birləşmiş Ştatlara ekstradisiya olunsa, ondan eyni şeyi istəyəcəklər”, – vəkil Martin Sadilek deyib.

TƏKCƏ NİKULİN SÖHBƏTİ DEYİL

İspaniya bu il Birləşmiş Ştatlara iki şübhəli rusiyalı hakeri təhvil verib: Stanislav Lisov və Pyotr Levashov-u.

Rusiya da Levashov-un ekstradisiyasını istəmişdi.

Aleksandr Vinnik adlı rusiyalı isə Yunanıstandadır, Vaşinqton, yoxsa Moskvaya təhvil verilməsinə dair xahişlərə baxılır.

Rusiyanın Praqadakı səfirliyi Nikulin məsələsini şərh etməyib, AzadlıqRadiosu-na səfir Aleksandr Zmeyevsky ilə müsahibəyə istinad etməyi tövsiyə edib. Müsahibə elə səfirliyin saytında dərc olunub.

Səfir müsahibədə deyir ki, Rusiya dəfələrlə “Amerika qanunvericiliyinin üçüncü ölkələrin ərazisini əhatələməsi cəhdlərinin qəbuledilməz” olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG