Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:43

Spiker Paul Ryan deyir ki, Rusiya diplomatlarının qovulması ‘düzgün addımdır’


ABŞ Konqresinin spikeri AzadlıqRadiosuna müsahibə verib

Martın 26-da Ağ Ev Rusiyanın 60 diplomatının ABŞ-dan çıxarılması və Sietldəki Rusiya konsulluğunun bağlanması barədə qərar çıxarıb.

Bu addım keçmiş Rusiya casusu Sergey Skripala Britaniyada edilmiş kimyəvi zəhər hücumuna cavab olaraq atılıb.

ABŞ 60 Rusiya diplomatını ölkədən çıxarır
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Bundan başqa Avropa İttifaqının 14 üzvü 30-dan çox Rusiya diplomatını persona non grata elan edib.

Bəs görəsən, Britaniyada Skripalın həyatına qəsdlə bağlı təhqiqatın hələ davam etdiyi vaxtda bu diplomatik demarşlar bir qədər erkən edilməyibmi?

AzadlıqRadiosunun müxbiri Carl Schreck bu sualla ABŞ Konqresinin spikeri Paul Ryan-a müraciət edib. Spiker suala belə cavab verib:

“Mən belə düşünmürəm. Düşünürəm ki, bu düzgün addımdır. Bu addım bizim müttəfiqimiz Britaniya ilə həmrəylik mənasında atılıb. Bu qiyamətdir ki, başqa Avropa ölkələri, Çex Respublikası da bu addımdan nümunə götürüblər. Mən düşünürəm ki, bu tamamilə yerinə düşən addım idi”.

Keçmiş casus Skripalın zəhərlənməsi ilə bağlı sübutlar məsələsinə gəlincə isə Paul Ryan deyib:

“Mən düşünürəm ki, konkret bu məsələ ilə bağlı kifayət qədər aşkar dəlil var. Məncə britaniyalılar bu barədə çox aydın danışıblar. Fikrimizcə bu, Rusiyanın etdiyi bir işdir. Belə bir hərəkətə dözümlülük göstərilə bilməz. Bu, sivilizasiyalı ölkələrin gördüyü bir iş deyil. Buna görə də bizim müttəfiqimiz Britaniya ilə birgə atdığımız addım tamamilə müvafiq cavabdır. Mən məmnunam ki, başqa Avropa ölkələri də bu cür addım atıblar”.

AzadlıqRadiosu müxbirinin bütün bunların eskalasiyanı artıracağına dair sualının cavabında Paul Ryan deyib:

“Əlbəttə bu, diplomatik eskalasiyadır. Məhz buna görə də belə hadisələrə dözümlülük göstərilə bilməz. Adamların zəhərlənərək öldürülüməsi, xüsusilə də belə bir əsəb-sinir zəhəri ilə başqa ölkələrin ərazisində öldürülməsi sivilizasiyalı xalqaların gördüyü bir iş olmamalıdır. Belə hallara dözmək olmaz”.

Günün bütün mövzuları

XS
SM
MD
LG