Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 15:17

Dini konfessiya rəhbərlərindən liderlərə müraciət


31 mart qırğını

Azərbaycandakı dini konfessiya rəhbərləri 31 mart qırğınları ilə bağlı dünyanın dini liderlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

«Müraciətdə məqsədimiz hadisənin 100 illiyi ərəfəsində bunu bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır», - müraciətdə yazılır.

Sənəddə yazılıb ki, milli, irqi, dini mənsubiyyətə görə törədilmiş qırğınlar bəşəriyyətin qan yaddaşında qara ləkələr kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur.

Müraciət müəllifləri vurğulayıblar ki, Azərbaycan xalqı da belə cinayətlərə məruz qalıb.

Müəlliflər həmçinin yazıblar ki, baş verənlərin arxasında «Böyük Ermənistan» yaratmaq siyasəti durub.

Sənəddə qeyd edilib ki, layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır: «Hazırda beynəlxalq terrorizmin tüğyan etməsi bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır».

Xatırlatma

1918-vi il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir.

1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG