Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 05:08

DİM məhkəməyə üz tutub


Dövlət İmtahan Mərkəzi

«Piratçılıqla məşğul olanlar Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan «Abituriyent» jurnalını qeyri-qanuni yolla çap etdirir, ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər».

Dövlət İmtahan Mərkəzinin (DİM) martın 27-də yaydığı məlumatda belə yazılır.

DİM bildirir ki, indiyədək pirat nəşrlərin satışının qarşısının alınmasından ötrü daxili işlər, vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə birgə çoxsaylı operativ tədbirlər həyata keçirilib.

«Təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb», - mərkəz qeyd edir.

DİM bildirir ki, bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlayıb. Həmin kitabların ölkəyə idxalının qarşısının alındığı bildirilir.

Mərkəzin iddiasına görə, həmin kitablar ölkəyə «Caspi LTD» və «Hazar İhracat İthalat» şirkətləri arasında bağlanmış müqavilə əsasında gətirilib.

««Caspi LTD» bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı «Abituriyent» Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi fevralın 21-də inzibati iş açıb. Götürülmüş nümunələr rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Mərkəzin ekspert rəyinə əsasən, təqdim edilən kitabların pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları Kəpəz Rayon Məhkəməsinə göndərilib», - DİM-in məlumatında bildirilir.

Mərkəz vurğulayıb ki, artıq məhkəməyə müraciət olunub. DİM zərərin əvəzinin ödənilməsi, pirat sayılan nüsxələrinin məhv edilməsi və onların satışının qadağan edilməsi tələbiylə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub.

Məhkəmənin bu gün, martın 28-də başlayacağı bildirilir.

Bu açıqlamaya hələlik «Caspi LTD» və «Hazar İhracat İthalat» şirkətlərindən münasibət almaq mümkün olmayıb. Onların ittihama münasibəti bəlli deyil.

Multimedia

XS
SM
MD
LG