Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 13:51

Gömrükdə 500-dən çox brilyant qaş…


Brilyant qaşlar

Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycana gizli keçirilməsi cəhdinin qarşısını aldıqlarını bildirirlər.

Bu barədə bu gün, martın 27-də Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

DGK bildirir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

«Vətəndaş gömrük nəzarətindən keçib nəzarət zonasını tərk edərkən saxlanıb. Ondan baqajında, əl yükündə və üzərində gömrük nəzarətinə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib. Bundan sonra vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşın üzərindən 17 ədəd kiçik ölçülü polietilen paketlərdə cəmi 571 ədəd müxtəlif həcmli qaşlar aşkar olunub», - məlumatda yazılır

DGK vurğulayır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96.072 karat olan brilyant qaşlardır.

Ancaq üzərindən brilyant qaşların aşkarlandığı iddia olunan vətəndaşın kimliyi açıqlanmır. Onun və ya vəkilinin bu ittihama münasibəti bəlli deyil.

Azərbaycan qanunvericiliyinə görə, sadalanan hal qaçaqmalçılıq sayılır. Buna görə, vətəndaşı 5 ilə qədər həbs gözləyir.

Multimedia

XS
SM
MD
LG