Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:28

NATO 7 Rusiya diplomatını qovur


Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyans keçmiş Rusiya casusunun Britaniya torpağında zəhərlənməsinə cavab olaraq Rusiya missiyasından yeddi diplomatı çıxaracaq.

Britaniyada baş vermis bu kimyəvi hücumu “beynəlxalq normaların məsuliyyətsizcəsinə pozulması” adlandıran Stoltenberg martın 27-də bildirib ki, o daha üç rusiyalıya akkreditasiya verilməsindən imtina edib.

Beləliklə, Rusiyanın NATO-dakı missiyasının heyəti 20 nəfərədək azalıb.

Bundan əvvəl Qərb hökumətləri Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinə reaksiya olaraq 100-dək Rusiya diplomatını ölkələrindən qovublar.

***

Britaniya bütün dünyada şübhəli rusiyalı casuslalrın kütləvi qovulmasını “dönüş nöqtəsi” adlandırıb. Rusiya isə bu prosesin Birləşmiş Ştatların “böyük təzyiqi” nəticəsində baş verdiyini deyir.

Rusiyalı diplomatlar İngiltərənin Solsberi şəhərində rusiyalı keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsinə cavab olaraq qovulublar.

Martın 26-da 22 ölkə azı 116 diplomatın qovulması barədə qərar çıxarıb. İrlandiya da martın 26-da rusiyalı diplomatın qovulduğunu elan edib.

“Bu qədər ölkə heç birlikdə hərəkət edərək rusiyalı diplomatları qovmayıb”, – Britaniyanın xarici işlər naziri Boris Johnson “The Times”da yazıb. O bunu “Rusiya kəşfiyyatının uzun illər özünə gələ bilməyəcəyi zərbə” adlandırıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə Vaşinqtonu müttəfiqlərə diplomatları qovmaqdan ötrü “nəhəng təzyiq” göstərməkdə suçlayıb, cavab addımları atılacağını bildirib.

Şübhəsiz, cavab verəcəyik! Heç kəs belə davranışa dözmək istəməz və biz də etməyəcəyik”, – Lavrov Özbəkistana səfəri zamanı deyib.

***

Avstraliya rusiyalı diplomatları qovan ölkələrin cərgəsinə qoşulub. Bir gün öncə bəzi ölkələr Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatları ərazilərindən çıxardıqlarını açıqlayıblar.

London keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsinə görə məsuliyyəti Moskvanın üzərinə qoyub.

Rusiya isə Skripal və qızının zəhərlənməsinə aidiyyatı olmadığını bildirir, diplomatlarını qovan ölkələrə cavab veriləcəyini bildirir.

ABC News xəbər verir ki, Avstraliyanın baş naziri Malcolm Turnbull Britaniya və digər ölkələrlə həmrəylik nümayişi olaraq iki rusiyalı diplomatın ölkədən çıxarılacağını bildirib. Bəyanatda bu diplomatların Rusiya kəşfiyyatının əməkdaşları olduğu qeyd olunur. Ölkəni tərk etməyə onlara bir həftə vaxt verilib.

*** Buna da bax: Spiker Paul Ryan deyir ki, Rusiya diplomatlarının qovulması ‘düzgün addımdır’

Rusiyalı diplomatlarla bağlı tədbir görən ölkələr bunlardır:

  • Birləşmiş Ştatlar 60 rusiyalı diplomatı çıxarır; Sietldəki Rusiya konsulluğu qapadılır.
  • Britaniya 23 rusiyalı diplomatı ərazisindən çıxarıb.
  • Kanadadan dörd diplomat çıxarılıb; 3 əlavə diplomat yeri üçün ərizələrə rədd cavabı verilib.
  • Ukrayna 13 diplomatı qovur.
  • Almaniya, Fransa və Polşa hərəyə dörd diplomatı qovurlar.
  • Çexiya Respublikası, Litva hərəsi üç diplomatı çıxarır.
  • İspaniya, Niderland, Danimarka, İtaliya, Albaniya və Avstraliya – bu ölkələrin hər birindən iki rusiyalı diplomat çıxarılır.
  • Macarıstan, İsveç, Xorvatiya, Rumıniya, Finlandiya, Norveç, Estoniya, Latviya, Makedoniya – hər ölkədən bir rusiyalı diplomat qovulur.
XS
SM
MD
LG