Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

Özbəkistanda Əfqanıstan konfransı keçirilir


Shavkat Mirziyoyev (ortada), Ashraf Ghani (sağda) və Federica Mogherini tədbirdə

Martın 27-də Özbəkistanda Əfqanıstan üzrə çoxtərəfli görüş keçirilir. Məqsəd Kabillə Taliban arasında birbaşa danışıqların təməlini qoymaqdır.

Daşkənddə keçirilən konfransda Əfqanıstan prezidenti Ashraf Ghani, Özbəkistan prezidenti Shavkat Mirziyoyev, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini iştirak edir.

Qazaxıstan, Pakistan, Rusiya və Türkiyə xarici işlər nazirləri martın 27-də tədbirdə çıxış edəcəklər. Birləşmiş Ştatları isə dövlət katibinin siyasi məsələlər üzrə müavini Thomas Shannon təmsil edir.

Konfransda Əfqanıstan bəyannaməsinin imzalanacağı gözlənir.

Taliban tədbirə qatılmır.

Vaşinqtonla NATO əvvəllər Moskvanın bu yaraqlı qruplaşmaya hərbi yardım göstərməsiylə bağlı narahatlıq dilə gətiriblər. Moskva bu deyilənləri təkzib edir.

Taliban 1996-cı ildən Əfqanıstanın əksər hissəsinə nəzarət edib, 2001-ci ildə ABŞ-ın başçılıq etdiyi əməliyyatlar zamanı devrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG