Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:56

Şimali Koreya liderinin Çinə getməsi xəbəri yayılıb


Seul dəmiryol stansiyasında televiziya ekranı
Seul dəmiryol stansiyasında televiziya ekranı

Şimali Koreyanın yüksək çinli məmurunun Çinə səfər etməsi, bu rəsminin ölkə lideri Kim Jong Un olması xəbəri yayılıb. “Reuters”in yazdığına görə, Cənubi Koreya martın 27-də Pekində baş verənləri yaxından izlədiyini bildirib.

SAMMİTLƏR ÖNCƏSİ GÖRÜŞ?

“Bloomberg” bazar ertəsi üç mənbəyə istinadla Kim-in Pekində olmasını xəbərləyib. Təsdiqlənərsə, bu, Şimali Koreya liderinin 2011-ci ildə hakimiyyətə gələndən ilk xarici səfəridir. Digər tərəfdən, yaxınlarda ABŞ prezidenti Donald Trump ilə də sammit keçirilmə ehtimalı var.

Seulda anonimlik şərtiylə danışan bir rəsmi deyib ki, Şimali Koreyayla Çin arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması planlaşdırılan sammitlər öncəsi müsbət əlamətdir.

*** Buna da bax: Şimali Koreyayla üçtərəfli sammit “mümkündür”

“Reuters”in əməkdaşı Pekindəki Diaoyutai Dövlət Qonaq Evindən maşın karvanının çıxdığını görüb. Burada adətən xarici ölkə liderləri qalır. Maşın karvanı şimala doğru hərəkət edib.

Şimali Koreyanı izləyən ABŞ rəsmisi deyib ki, əldəki dəlil Kim-in Çin prezidenti Xi Jinping-lə görüşməkdən ötrü Pekinə getdiyini göstərir. Amma o, informasiyanın təsdiqlənmədiyini də əlavə edib.

Pekindəki diplomatik mənbələr Şimali Koreyadan yüksəkçinli qonağın olduğunu desələr də, kimliyindən xəbərdar olmadıqlarını vurğulayıblar.

Çin rəhbərliyinə yaxın mənbə qonağın Kim-in bacısı Kim Yo Jong ola biləcəyini deyib. O, ötən ay Qış olimpiya oyunlarından ötrü Cənubi Koreyaya gedib.

BACISINI GÖNDƏRİB?

Cənubi Koreyanın Newsis xəbər agentliyinin yazmasına görə, Pekinə Kim Yo Jong və Şimalın protokol lideri Kim Yong Nam gediblər. Agentlik Pekində Pxenyana bağlı mənbəyə istinad edib. Onlar fevralda Seulda prezident Moon Jae-in ilə də görüşmüşdülər.

*** Buna da bax: Moon: Pxenyana görə nikbin olmaq üçün çox tezdir

Adının çəkilməsini istəməyən ABŞ rəsmisinin fikrincə, Kim Jong Un-un belə bir mühüm missiyaya bacısını göndərməsi mümkündür. Onun yetərincə vacib persona olması imicini yaratmaq istəyir. Axı, Cənubi Koreya səfəri daha çox protokol xarakterli idi.

Rəsminin sözlərinə görə, Kim-in Moon, hətta Trump ilə mümkün görüşləri öncəsi Xi ilə bir araya gəlməsinə əsas yetərincədir.

Xi Trump-la görüşüb və bir çox aspektlərdən onunla necə davranmalı olduğunu burada çoxlarından yaxşı bilir”, – rəsmi vurğulayıb.

Pekin Şimali Koreyanın əsas müttəfiqi, ən böyük ticarət tərəfdaşıdır.

Çin hələlik, Şimali Koreya rəsmisinin səfərini təsdiqləməsə də, Kim Jong Un-un Pekində olması ətrafında spekulyasiyanı da senzura etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG