Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:13

Moon: Pxenyana görə nikbin olmaq üçün çox tezdir


Moon Jae-in

Cənubi Koreya prezidenti Moon Jae-in deyir ki, Şimalın Birləşmiş Ştatlarla nüvəsizləşdirməni mzakirə etmək təklifiylə bağlı “nikbin olmaqdan ötrü çox tezdir”.

Hələ start xəttindəyik”, – Moon martın 7-də partiya liderləriylə görüşündə deyib. Daha öncə onun elçiləri Pxenyana səfərdən sonra Şimali Koreya lideri Kim Jong Un-un təklifini açıqlayıblar.

Moon danışıqlar masasına qayıtmaq əvəzində Pxenyanla gizli razılaşmayla bağlı iddiaları rədd edib.

Şimala hədiyyə kimi belə bir şeydən söhbət gedə bilməz”, – Moon vurğulayıb.

Cənubi Koreya lideri Birləşmiş Ştatlarla sıx əməkdaşlığı qoruyub saxlamağın vacibliyini qeyd edib. “Məncə, nüvəsizləşdirmə danışıqları Cənubi Koreyayla Birləşmiş Ştatlar ümumi mövqe tutduğu zaman mümkün olar”, – o, sözlərinə əlavə edib.

Moon söyləyib ki, koreyalararası dialoqun nəticəsi kimi sanksiyaların dayandırılmasından söhbət gedə bilməz.

Sülhə nail olmaqdan ötrü koreyalararası danışıqlar yetərli olmayacaq”, – o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG