Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:54

Britaniyanın antidopinq agentliyinə haker hücumu olunub


Vladimir Putin (ortada) rusiyalı atletlərlə görüşdə

Britaniyanın antidopinq agentliyi ötən həftəsonu haker hücumuna məruz qaldığını, ancaq atletlərin şəxsi informasiyasının oğurlanmadığını bildirir.

Qurum martın 26-da yaydığı bəyanatda haker hücumunun mənbəyini açıqlamayıb.

Amma Rusiyaya bağlı “Fancy Bears” haker qrupu daha öncə bir neçə idman təşkilatının fayllarına nüfuz edə bilib. Buraya Ümumdünya Antidopinq Agentliyi və Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası daxildir.

Daha öncə “Fancy Bears” tərəfindən gerçəkləşdirilmiş haker hücumu britaniyalı atlet Bradley Wiggins-in müalicə məqsədiylə qadağan olunmuş maddədən istifadə etdiyini üzə çıxardı.

Rusiya prezidenti Vladimir Putin dopinqdən müalicə məqsədiylə istifadəni tənqid edib, rusiyalı diplomatlara göstəriş verib ki, dopinqlə bağlı beynəlxalq qaydaları dəyişdirməyə çalışsınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG