Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:16

Kemerovoda ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur


Yanğın

«Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun bildirməsinə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat verilib.

Martın 25-də Rusiyanın Kemerovo şəhərində «Qış albalısı» ticarət mərkəzində yanğın olub. Yanğında ölənlərin sayının 53 nəfərə çatdığı bildirilir.

Hadisə ilə bağlı Azərbaycan dövlət başçısı İ.Əliyev Rusiya prezidenti V.Putinə başsağlığı məktubu göndərib.

Multimedia

XS
SM
MD
LG