Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:16

Lerikdə və Şabranda yanğın


İllüstrasiya

Bu gün, martın 24-də saat 19:00 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayda yanğın baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası cəlb olunub.

“Yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb.

Yanğın kol-kosla örtülü ərazini əhatə edir. Onun qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir”, məlumatda vurğulanır.

Eyni zamanda Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhəddindəki bələdiyyə torpaqlarında da yanğın baş verdiyi bildirilir.

“Yanğının söndürülməsi üçün əraziyə Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür”, nazirlyin məlumatında yazılır.

Multimedia

XS
SM
MD
LG