Çexiyanın Kralupi nad Vltavou şəhərində kimya zavodunda partlayış olub, azı 6 nəfər həlak olub. Bu şəhər paytaxt Praqadan 30 kilometr şimalda yerləşir.
Regional yanğınsöndürmə xidmətinin sözçüsü Vladimira Kerekova 6 nəfərin öldüyünü, bir neçə nəfərin ciddi xəsarət aldığını bildirib.
Digər sözçü Petr Svoboda-nın deməsinə görə, ərazidə əlavə partlayış təhlükəsi yoxdur. O, xəsarət alanların ikisinin xəstəxanaya aparıldığını bildirib.
Şəhərin meri Petr Holecek Çexiya ictimai televiziyasına deyib ki, hansısa maddəylə dolu tank Synthos zavodunda partlayıb.
Holecek partlayış yerindən danışıb, şəhərə təhlükə olmadığına inandığını söyləyib.
Polis ərazidə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını bildirib.