Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:20

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Səfir deyib ki, Azərbaycana gələn bütün amerikalılar Novruz bayramını sevir: «Novruz şirniyyatı və şənliyi bu bayramı fərqli edir. Azərbaycanda səfir olduğum üç ildə həmişə Novruz bayramını həvəslə gözləmişəm. Bu yenilənmə bayramıdır. Novruz ənənələrinin çox qədim tarixi var. Azərbaycanlıların Novruz bayramını qeyd etdiyi bir vaxtda öz adımdan və bütün amerikalıların adından xoş Novruz arzu edirəm. Novruz bayramınız mübarək!».

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG