Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:33

Rusiyada Telegram bloklana bilər


İllüstrativ foto

Telegram mobil əlavəsi Rusiyada bloklana bilər. Ali Məhkəmə qərar çıxarıb ki, Telegram Federal Təhlükəsizlik Xidmətinə (FSB) istifadəçilərin mesajlaşma datasını oxumağa imkan verəcək şifrə açarlarını versin.

Ali Məhkəmə Telegram-ın daha öncəki məhkəmə qərarından verdiyi apelyasiya şikayətini təmin etməyib.

Ölkənin media tənzimləyicisi olan Roskomnadzor bildirib ki, qərara 15 gün ərzində əməl olunmalıdır.

TASS dövlət xəbər agentliyi Roskomnadzor rəsmilərinə istinadla bildirib ki, Telegram qərara əməl etməsə, ona çıxışın məhdudlaşdırılmasından ötrü məhkəməyə müraciət edəcək.

Telegram-ın vəkili isə şirkətin qərara əməl etməyəciyini bildirib.

Şirkət istifadəçilərin yazışmalarının məxfiliyinin qorunmasını öz vəzifəsi hesab edir”, – vəkil Ramil Akhmetgaliyev deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG