Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 03:01

Dolu gözlənir


Dolu

Martın 21-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı, gün ərzində güclənən şimal-qərb küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Martın 21-də Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi açıqlanıb. Gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG