Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Britaniyadakı gizli sərvəti ortaya çıxaracaq qanun nə vaxta qaldı


London mülkləri
London mülkləri

Britaniya hökuməti ölkədə mülkiyyət sahibi olan ofşor şirkətlərin onlayn reyestrini yaratmağı planlaşdırır. Belə bir təklif çox güclü başlanğıcdır. Ancaq problem odur ki, bu, 2021-ci ildən tez baş verməyəcək. Bunu AzadlıqRadiosu-na açıqlamasında “Global Witness” təşkilatının baş kampaniyaçısı Naomi Hirst deyib.

Fəalın fikrincə, belə bir reyestrin yaradılması adamların mülkiyyət alarkən kimliklərini gizlətməsini önləyər, onların pulunun mənbəyi və qanuniliyi yoxlanar. Həm də belə bir reyestr Britaniyada kimin mülkiyyət sahibi olmasını ortaya çıxaracaq.

*** Buna da bax: Rusiya-Britaniya münaqişəsinin Azərbaycana təsiri nə ola bilər? [video]

“TƏHLÜKƏSİZ SIĞINACAQ”

Məsələ ondadır ki, hökumət belə bir qanunvericiliyin təqdimatını ölkənin Avropa Birliyindən çıxması prosesi – Brexit ucbatından ertələyib. Hökumət qanunvericiliyin parlamentin gündəliyinə salınması üçün yetərincə vaxt olmadığını bildirir.

Naomi Hirst qeyd edib ki, Britaniya uzun illər kriminal və korrupsioner şəxslərə qucaq açıb, sorğulana biləcək pullar bu ölkəyə yatırılıb.

2014-cü ildə açıqlanmış statistikaya görə, İngiltərə və Uelsdə azı 122 milyard funt-sterlinq dəyərində əmlakın sahibi ofşor qeydiyyatlı şirkətlər olub.

London cəlbedici sığınacaqdır: bir tranzaksiyada böyük həcmdə çirkli pul gizlədə və sərvətinin təhlükəsiz qalacağından, dəyər qazanacağından əmin ola bilərsən. Dünyanın ən böyük şəhərlərindən birində dəbdəbəli həyat əldə edirsən”, – Hirst qeyd edib.

“Global Witness” təbii resursların istismarı, korrupsiya, siyasi münaqişələr və ətraf mühitin dağıdılması arasında gizli əlaqələri araşdıran qurumdur.

*** Buna da bax: Britaniyalı deputat: ''Azərbaycanın pulyuyan maşını' göstərdi ki...'

OCCRP-nin 2010-cu ildən indiyə kimi Azərbaycanla bağlı apardığı araşdırmalarda iddia olunur ki, prezident İlham Əliyevin qızlarının da Londonda mülkləri var. Prezident Administrasiyası hakim ailənin Londonda mülklərə sahib olması ilə bağlı araşdırmalara münasibət bildirməyib. Amma hakim partiya təmsilçiləri bunun qeyri-qanuni bir hal olmadığını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG