Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 23:48

Rusiya-Britaniya münaqişəsinin Azərbaycana təsiri nə ola bilər? [video]


Londonda kimlərin mülkləri təhlükədədir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Londonda kimlərin mülkləri təhlükədədir? [A-Live]

Müxtəlif ölkələrin oliqarxlarının Britaniyadakı gizli sərvətlərinin aşkarlanması məsələsi bu günlər yenidən gündəmə gəlib.

Düzdür, 2 il öncəki ilə müqayisədə bu dəfə daha çox Rusiya prezidenti Vladimir Putinin və ailəsinin sərvətindən söhbət gedir. Britaniyanın Baş naziri hətta Rusiya dövlətinə məxsus aktivlərin dondurula biləcəyini söyləyib:

"BİZİM ÖLKƏMİZDƏ BU İNSANLARA VƏ ONLARIN PULLARINA YER YOXDUR!"

“Biz şəxsi təyyarələr, gömrük və yüklər üzrə nəzarəti artıracağıq. Rusiya Dövlət Aktivlərinin Britaniya vətəndaşlarının həyatına və ya əmlakına təhlükə ola biləcəyi və ya prokurorluq tərəfindən idarə edilməsinə dair sübutlar olarsa, bu aktivlər dondurulacaq. Biz Böyük Britaniya qanunları kriminallar və korrupsiya elitarları ilə mübarizədə daha da gücləndirəcəyik. Bizim ölkəmizdə bu insanlara və onların pullarına yer yoxdur”.

Buna da bax:​ Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı

İndiyə kimi aparılan jurnalist araşdırmalarında Britaniyada bahalı əmlaklara sahib olanlar kimi təkcə Rusiyanın deyil, başqa ölkələrin də oliqarxlarının adı çəkilir. Ona görə Britaniyanın sərt qərarlarından təkcə Rusiyada deyil, yəqin ki, başqa ölkələrdə də zərərçəkənlər olacaq.

"BÜTÜN İZAHSIZ SƏRVƏTLƏR AÇIQLANSIN"

OCCRP-nin 2010-cu ildən indiyə kimi Azərbaycanla bağlı apardığı araşdırmalarda iddia olunur ki, prezident İlham Əliyevin qızlarının da Londonda mülkləri var. Həmin araşdırmada London daşınmaz əmlakın reyestri idarəsinin sənədlərinə istinadla bildirilir ki, bu mülklər ofşor şirkətlər vasitəsi ilə alınıb. Ümumi dəyəri 60 milyon dollar kimi qiymətləndirilir. Sözügedən araşdırmalarda qeyd olunur ki, Londonun ən bahalı ərazilərində yerləşən bu mülklər yalnız sənədlərlə sübuta yetirilə bilənlərdir.

Buna da bax: “The Mail on Sunday” “Leyla Əliyevanın London mülkünün” şəklini dərc edib

Azərbaycan prezidentinin Administrasiyası hakim ailənin Londonda mülklərə sahib olması ilə bağlı araşdırmalara münasibət bildirməyib. Amma hakim Yeni Azərbaycan Partiyasından olan deputat Yevda Abramov deyib ki, prezidentin mülklərinin olmasında qeyri-qanuni bir hal yoxdur.

Britaniya parlamentinin üzvü - müxalif liberal-demokratların lideri lord Vince Cable isə öncəki çıxışlarında təklif edib ki, ümumiyyətlə Britaniya ərazisində saxlanan “bütün izahsız sərvətlərin” necə əldə edildiyi açıqlansın.

Sergei Skripal
Sergei Skripal

23 RUSİYA DİPLOMATI BRİTANİYADAN ÇIXARILIR...

Müstəqil müşahidəçilər yazırlar ki, indi Rusiya və Britaniya hökumətləri arasındakı durum son 30 ildə hələ belə gərginləşməmişdi. Tərəflər arasında münasibətlər martın əvvəlində keçmiş rusiyalı agent Sergei Skripal və qızının ölümcül zəhərlənməsindən sonra qızışıb. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanadadır, Britaniya polisi hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayanları da paltarlarını yumağı, başqa təhlükəsizlik tədbirləri görməyə çağırıb. Britaniya hökuməti hesab edir ki, həmin adamların Rusiyada istehsal edilən kimyəvi maddələrlə zəhərləndiyini bildirir. Buna görə Britaniya hökuməti həmçinin 23 rusiyalı diplomatını ölkədən çıxarılması haqda qərar verib. Amma Moskva Londonun bu addımlarını, əsassız, "misli görünməmiş təxribat" adlandırır.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Britaniya parlamentinin Xarici İşlər Komitəsinin hakim mühafizəkarlar partiyasından olan sədri baş naziri “imkanında olan bütün alətlərdən istifadə etməklə Rusiya prezidenti Vladimir Putinin və ailəsinin gizli sərvətinin aşkarlanmasına” çağırıb.

"BRİTANİYADA MÜLKLƏRİN HANSI PULLARLA ALINDIĞI ARAŞDIRILSIN"

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) rəhbəri Drew Sullivan deyir ki, Britaniyada oliqarxların, rüşvətxor məmurların öz sərvətlərini gizlətmələri üçün münbit şərait var:

OCCRP (Organized Crime and Corruption Reporting Project) loqo
OCCRP (Organized Crime and Corruption Reporting Project) loqo

"Rusiyaya qarşı hər hansı qanun qəbul olunarsa, bu Mərkəzi Asiya, Azərbaycan və bütün digər problemi ölkələrə aid olacaq. Britaniyanın daşınmaz əmlak bazarı uzun illərdir oliqarxlar, kriminallar və rüşvətə bulaşmış məmurların pullarını gizlətməsi üçün əlverişli imkan sayılır. Mən düşünürəm ki, nəhayət ki, Britaniyada hər hansı qanun qəbul edilməsi və mülklərin hansı pullarla alındığının araşdırılması çox yaxşı olardı".

Buna da bax:​ Müsavat mülklərlə bağlı araşdırma tələb edir

Bəs, Bakı sakinlərinin fikri nədir? Onlardan soruşmuşuq ki, korrupsiya pulları deyincə, hansı pullar nəzərdə tutulur?:

Korrupsiya pulları deyincə hansı pullar nəzərdə tutulur?
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

2016-cı ildə isə Britaniyalı millət vəkilləri hökumətin “kriminal maliyyə fəaliyyəti haqqında” qanununa əlavələr təklif etmişdilər. Hələ ki bu qanunun qəbul edilməyib. İndi Rusiya prezidentinin sərvətinin araşdırılması ilə bağlı britaniyalı deputatların təkliflərinə cavab olaraq, baş nazir Theresa May deyib ki, bu kimi təklifləri təqdir edir. Lakin əlavə edib ki, belə addımlar qanunun aliliyi çərçivəsində atılmalıdır.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG