Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:11

Bir məsləhətçi vəzifəsini 42 nəfər istəyir


İmtahan

Aprelin əvvəllərində inzibati icraçı (B növ) vəzifələri üzrə dövlət qulluğuna qəbulda qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr keçiriləcək.

Bu barədə martın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumatda bildirilir ki, müsahibələr fevralın 7-i və 8-də elan edilib. «Müsahibələr Bakı şəhəri ilə yanaşı, DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə, Xaçmaz regional bölmələrində də təşkil ediləcək», - məlumatda yazılır.

Fevralın 7-də elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.

Fevralın 8-də elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) açıqdır.

518 yerə 1375 iddia

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib.

Fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir.

«Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər, əsasən, Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd) vəzifəsi üzrə formalaşıb», - məlumatda vurğulanır.

192 yerə də 774 istək

Fevralın 8-də elan edilmiş müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb: ​«Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb. Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalara görə heç bir müraciət qeydə alınmayıb».

Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Qrafik dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunmalıdır.

Multimedia

XS
SM
MD
LG