Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Lavrov-un Vyetnama səfəri qəfil ertələnib


Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un Vyetnama səfəri “gözlənilməz səbəblər”dən qəfil ertələnib. Xəbəri “Frans Pres” agentliyi yayıb.

Martın 19-da agentlik Vyetnamın Xarici İşlər Nazirliyinə istinadla yazıb ki, “Rusiya xarici işlər nazirinin Vyetnama səfəri gözlənilməz səbəblərdən planlaşdırıldığı kimi baş tutmayacaq”.

Səfərin dəqiq vaxtı daha sonra agentliklərə açıqlanacaq”, – məlumatda deyilir.

Agentlik Hanoyda adını çəkmədiyi rusiyalı diplomata istinadla bildirib ki, səfər “siyasi deyil, texniki” səbəblərdən ertələnib.

Səfər martın 19-da səhər Vyetnam prezidenti Tran Dai Quang ilə görüşlə başlamalıydı.

Lavrov vyetnamlı həmkarı, Vyetnam Kommunist Partiyasının rəhbəriylə də görüşməliydi.

Vyetnam Moskvanın əsas ticarət tərəfdaşlarından, həm də Rusiyadan əsas hərbi avadanlıq alıcısıdır.

XS
SM
MD
LG