Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Kiyevdə Fikrət Hüseynlinin məhkəməsi olub


Fikrət Hüseynli (Arxiv)

Kiyevin Peçerski Rayon Məhkəməsinin Ukraynada olan jurnalist Fikrət Hüseynlinin daha iki ay ölkədə saxlanması barədə vəsatəti təmin etmədiyi bildirilib

Bu haqda jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, məhkəmə martın 16-da gecə saatlarında başa çatıb.

“Bundan əvvəl məhkəmə mənim Kiyevdə martın 19-na kimi saxlanmağıma qərar vermişdi. Ancaq bu günlərdə Kiyev Vilayət Prokurorluğu məhkəmədən xahiş etmişdi ki, mənim sənədlərimin yoxlanmasının davam etdirilməsi üçün daha iki ay Kiyevdə saxlanılmağıma qərar versin”.

F.Hüsynlinin bildirdiyinə görə, məhkəmə vəsatəti təmin etməyib. Eyni zamanda, F.Hüseynli və vəkillərinin də vəsatətinin təmin olunmadığı deyilir.

Jurnalstin deməsinə görə, onlar məhkəmədən xahiş ediblər ki, onun dərhal Ukraynadan çıxarılmasına imkan verən qərar çıxarılsın.

Buna da bax: Fikrət Hüseynli həbsindən danışdı

F. Hüseynlinin vurğulamasına görə, məhkəmə qararında bildirib ki, Niderland vətəndaşı olan jurnalist aprelin 2-dək Kiyevdə qala bilər, həmin zaman ərzində prokurorluq sənədlərin yoxlanması ilə bağlı prosedurları başa çatdırmalıdır.

F. Hüseynli deyib ki, məhkəmədə Niderland Krallığının Kiyevdəki konsulu və başqa rəsmilər də iştirak ediblər. Jurnalistin sözlərinə görə, konsul da öz ölkəsinin vətəndaşı olan F.Hüseynlinin ən qısa zamanda Ukraynanı tərk etməsinə imkan yaradılmasını istəyib.

Xatırlatma

F.Hüseynlinin 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlandığı açıqlanıb. Azərbaycanda onun dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunduğu bildirilir. Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi Azərbaycana ekstradisiyası məsələsinə baxılmasından ötrü onun haqqında18 günlük həbs qəti imkan tədbiri seçib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Daha sonra da Kiyev Vilayət Prokurorluğunun F.Hüseynlinin sərbəst buraxılmasından apellyasiya şikayəti verdiyi və onun həbs edilməsini tələb etdiyi açıqlanıb.

Bəzi beynəlxalq təşkilatlar, o cümlədən Kiyevdəki hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG