Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Putin-in prezidentliyi dövründə 29 milyard dollar qazananlar var


Vladimir Potanin
Vladimir Potanin

Rusiyada Vladimir Putin-in son prezidentlik dövründə ölkənin bir qrup ən zəngini sərvətlərini 29,5 milyard dollar artırıblar. Onlar Ukraynanın Krım vilayətinin ilhaqından sonra itirdiklərini bərpa edirlər.

Bloomberg-in 2012-ci ildə hazırladığı Milyarderlər İndeksindəki 12 rusiyalıdan 9-u sərvətinə sərvət qatıb. Onların başında metal maqnatı Vladimir Potanin durur, 6,4 milyard əldə edib.

2016-CI İLDƏ TOPLAM SƏRVƏT 115 MİLYARD DOLLAR İDİ

Onun MMC Norilsk Nickel PJSC-dəki keçmiş tərəfdaşı, həmin il Putin-in rəqibi olmuş Mikhail Prokhorov isə 1,6 milyard dollar itirib.

*** Buna da bax: 20 milyarderin 1,2 trilyon dolları var

Bu qrupun altı ildə qazandığı dünyanın ən zəngin şəxsi, Amazon.com Inc.-in təsisçisi Jeff Bezos-un ancaq bu ildə etdiyi 33,2 milyard dollardan azdır.

“Bloomberg” yazır ki, həmin 12 rusiyalının Putin-in prezidentliyinin ilk iki ilində işləri yağ kimi gedirdi. 2014-cü ildə Ukrayna böhranından sonra qoyulan sanksiyalar və neftin ucuzlaşması təsirini göstərdi. 2016-cı ilin yanvarında bu qrupun toplam sərvəti 115 milyard dollar idi. İndi isə xammal qiymətlərində və Rusiya səhm bazarındakı yüksəlişdən qazanırlar.

Britaniyanın baş naziri Theresa May bu həftə 23 rusiyalı diplomatın ölkədən qovulduğunu bildirib. Səbəb İngiltərədə keçmiş rusiyalı casus və qızının zəhərlənməsidir. May parlamentdə deyib ki, Britaniya Rusiyanın dövlət aktivlərinin dondurulması yönündə də addımlar atacaq. Bəzi media orqanları Britaniyadakı rusiyalı milyarderlərin maraqlarının da ziyan görəcəyini yazıb. Amma May ölkədəki Rusiya mənşəli özəl kapitala qarşı hansısa addım atılacağını deməyib.

Putin 2000-2008-ci illərdə prezident, daha sonra baş nazir olub. 2012-ci ildə yenidən prezidentliyə gəlib, martın 18-da bir daha altı illiyə bu posta seçiləcəyi gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG