Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 17:14

20 milyarderin 1,2 trilyon dolları var


“Forbes” jurnalı dünya milyarderlərinin 32-ci illik reytinqini açıqlayıb.
“Forbes” jurnalı dünya milyarderlərinin 32-ci illik reytinqini açıqlayıb.

Dünyada 2 min 200-dən çox milyarder var və cəmi sərvətləri 9,1 trilyon dollar təşkil edir. Bu, ötən ilkindən 18% artım deməkdir. “Forbes” jurnalı dünya milyarderlərinin 32-ci illik reytinqini açıqlayıb.

Planetdəki 20 ən zəngin adamın sərvəti 1,2 trilyon dollardır ki, bu da təxminən Meksikanın illik iqtisadi istehsalının həcminə ekvivalentdir. Həmin 20 nəfər cəmi milyarderlərin 1%-dən də azını təşkil edir, di gəl, onların sərvəti dünyadakı ən zənginlərin var-dövlətinin 13%-i qədərdir.

*** Buna da bax: Forbes Durovu milyarderlər siyahısına saldı

Builki siyahıya dünyanın 72 ölkəsindən və ərazisindən milyarder düşüb, ilk dəfə olaraq Macarıstan və Zimbabvedən də var. Bircə Səudiyyə Ərəbistanı təmsil olunmur. “Forbes” bu il Səudiyyədən 10 nəfərin adını siyahıdan çıxarıb, çünki vəliəhd şahzadə üç aydır 200 nəfəri saxlayıb, onların sərvətinin müsadirə olunması barədə məlumatlar var.

Son 12 ayda dünya milyarderlərinin əksəriyyəti sərvətini artırıb, 16%-in isə pulu azalıb. Ən gözəçarpanı ABŞ prezidenti Donald Trump-dır. 2017-ci ilin martından onun sərvəti 400 milyon dollar azalaraq 3,1 milyarda düşüb. O, siyahıda 544-cü yerdən 766-ya enib.

Milyarderlərin ilk onluğu:

#1 Jeff Bezos

#2 Bill Gates

#3 Warren Buffett

#4 Bernard Arnault

#5 Mark Zuckerberg

#6 Amancio Ortega

#7 Carlos Slim Helu

#8 Charles Koch

#8 David Koch

#10 Larry Ellison

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG