Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 04:46

Bu gün, martın 15-də Ağstafa rayonu ərazisində 12 ədəd raket tapılıb.

Bu haqda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatında bildirilir.

Agentlik vurğulayır ki, Ağstafa rayonunun Saloğlu qəsəbəsində mərmi tapılması barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş məlumat əsasında təcili əməliyyat keçirilib. Əməliyyat zamanı agentliyin mütəxəssisləri Saloğlu qəsəbəsində bir ev və həyətyanı sahəyə baxış keçirib. Nəticədə 12 ədəd raket (8 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd 200 mm-lik MD-20F raketi) aşkar olunub.

Həmin raketlərin zərərsizləşdirilməsindən ötrü agentliyin mərkəzi məhvetmə ərazisinə daşındığı bildirilir.

Ağstafa rayonu Ermənistanla qonşuluqda yerləşir.

Qarabağ problemi ilə bağlı Azərbaycanla Ermənistan münaqişə yaşayıb. Münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG