Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:48

Bu gün, martın 15-də Bakıda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimi keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu qurumun baş icraçı direktoru İbrahim Alışov deyib ki, məqsəd dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılmasıdır.

Həmin reyestr sayəsində borcverən tərəflər hər hansı əmlakla bağlı məlumatlara sərbəst çıxış imkanı əldə etməlidir. Yüklü əmlakların təkrar istifadəsi məhdudlaşdırılacaq.

İ.Alışov reyestrin həm də ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.

«Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək», - o, bildirib.

Xatırlatma

2016-ci ildə Azərbaycanda «Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi» qəbul edilib. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri həmin xəritə əsasında yaradılıb.

Sözügedən sənəd həmçinin, bu sahədə qanunverici bazanın yaradılmasını nəzərdə tuturdu.

Ötən il Azərbaycan parlamenti «Daşınar əmlakın yüklülüyü haqqında» Qanun layihəsini qəbul edib. Yeni qanun daşınar əmlakların yüklülüyünün hüquqi rejimini və əmlak sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını müəyyən edir. Yeni qanun insanlara kredit götürərkən mal-qara, maşın, kiçik texnika, televizor, kompüteri və başqa daşınar əmlaklarını da girov qoymaq imkanı verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG