Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:34

ABŞ-da minlərlə tələbə etiraz olaraq dərslərdən çıxıb


Tələbə etirazı

Birləşmiş Ştatlarda minlərlə tələbə və şagird dərslərdən çıxıb. Onlar silah qanunlarının sərtləşdirilməsini tələb ediblər.

Martın 14-də dərs otaqlarından çıxan gənclər əllərində “Yetər” yazılmış plakatlar tutublar, onlar Milli Silah Assosiasiyasına qarşı şüarla səsləndirib, “zəif” silah qanunlarına qarşı çıxıblar.

Tələbələr dərsdə azı 17 dəqiqə olmayıblar, fevralın 14-də Floridada məktəbdə güllələnmiş 17 nəfərin hərəsinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tələbə liderləri bu insidentin ölkədə silahlara nəzarətlə bağlı debatlarda “dönüş nöqtəsi” olacağına ümid edirlər.

Bəzi məktəblər etiraz edən tələbələri dəstəklədiklərini bildirsələr də, bəziləri siniflərdən icazəsi çıxanların tənbeh olunacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG