Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 14:59

Amnesty Rusiyayla bağlı xəbərdarlıq edir


Seçki qutuları hazırlanır

Amnesty International insan haqları təşkilatı Rusiyanı bu bazar günü keçiriləcək prezident seçkisi öncəsi siyasi fəallara “amansız təzyiqlər”i artırmaqda ittiham edib. Qurum “qanunsuz” həbslər və saxlamalarla fəalların hüquqlarının sistematik pozulduğunu bildirir.

Təşkilatın martın 15-də yaydığı hesabatda deyilir ki, Rusiya hakimiyyəti ictimai toplantılarla bağlı “qəddar” qanundan seçkini boykota çağıran fəallara qarşı “məqsədli” istifadə edir. Bundan başqa, xeyli sayda tanınmış müxalifətçi qanunsuz saxlanıb, onlara siyasi motivli ittihamlar irəli sürülüb.

Kremlin niyyəti gün kimi aydındır – səsini çıxaran etirazçılar və seçkini boykota çağıranlar prezident kampaniyasının son mərhələsində küçələrdən təmizlənməlidir”, – qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev bildirib.

18 mart seçkisinə səkkiz namizəd qeydə alınıb. Ancaq hazırkı prezident Vladimir Putin-in bir daha altı illiyə prezident seçiləcəyi gözlənir.

Müxalif siyasətçi Aleksei Navalny isə barəsindəki məhkumluq əsas gətirilərək seçkiyə buraxılmayıb. Siyasətçi rusiyalıları seçkini boykota çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG