Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:33

Britaniya Putin-in “korrupsioner” müttəfiqlərini hədəfə ala bilər


Boris Johnson, arxiv fotosu

Britaniyanın xarici işlər naziri Boris Johnson deyir ki, ölkəsinin hüquq-mühafizə orqanları Britaniyada aktivləri olan varlı rusiyalılarla bağlı təhqiqat aparır. Onun sözlərinə görə, sərvətini prezident Vladimir Putin-lə əlaqələr hesabına yığmış şəxslər ədalət mühakiməsinə verilə bilər.

Martın 15-də danışan Johnson ölkəsinin bir gün öncə Rusiyayla bağlı açıqladığı addımları müdafiə edib. Bu arada Britaniya hökumətinə deputatlar və media təzyiq göstərir ki, Rusiyaya qarşı sərt mövqe göstərsin.

Kreml isə martın 15-də bildirib ki, Londonun zəhərlənmə hadisəsiylə bağlı atdığı addımlar “məsuliyyətsiz”dir. Interfax xarici işlər naziri Sergei Lavrov-a istinadla yazıb ki, Rusiyanın “cavabı tezliklə gələcək, sizi əmin edirəm”.

RIA dövlət xəbər agentliyinə görə, Lavrov-dan soruşublar ki, Rusiya da Britaniya diplomatlarını ölkədən çıxaracaqmı, o deyib ki, bunu “tezliklə” edəcək.

Johnson isə BBC radiosuna deyib ki, Milli Cinayətkarlıq Agentliyi və onun iqtisadi cinayətlər bölməsi bir sıra fərdlərlə bağlı təhqiqat aparır. O, detalları açıqlamayıb.

Xarici işlər nazirinin sözlərinə görə, bu hücum Rusiyanın “rejimə qarşı çıxanların başına nəyin gələcəyini onlara çatdırmaq yoludur”.

Putin-is sözçüsü Dmitry Peskov deyib ki, Moskva Britaniyanın yanaşmasını “məsuliyyətsiz” sayır və buna cavab tədbirləri hazırlayır.

Rusiyanın Böyük Britaniyada baş verənlərə bağlılığının olmadığını israrla bildiririk”, – Peskov jurnalistlərə deyib.

***

Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxardığını elan edəndən sonra müttəfiqləri ona dəstək bildirib, amma konkret addım atan yoxdur. Britaniya diplomatları rusiyalı keçmiş casusun Rusiyada hazırlanmış sinir qazıyla zəhərlənməsiylə əlaqədar ölkədən çıxarır.

Ağ ev martın 14-də yaydığı açıqlamada bildirib ki, Birləşmiş Ştatlar ən yaxın müttəfiqini dəstəkləyir. Ağ ev diplomatların qovulmasını Rusiyanın “son hərəkətinə ədalətli reaksiya” adlandırıb.

Ancaq Ağ ev onu da bildirib ki, belə bir hücumun bir daha təkrarlanmamasının təmin edilməsindən ötrü müttəfiqlərlər “birlikdə işləyir”. Di gəl, Sergei Skripal və qızının zəhərlənməsi insidentilə bağlı konkret addım ortaya qoyulmayıb.

*** Buna da bax: Britaniya parlamentində 'Putinin gizli sərvətini' faş etmək çağırışları səslənir

FRANSA RUSİYANIN ADINI ÇƏKMƏYİB

Fransanın da reaksiyası oxşar olub, Britaniyaya dəstək ifadə edib, insidentdən narahatlığını dilə gətirib. Amma xarici işlər naziri Jean-Yves Le Drian-ın martın 14-də axşam verdiyi bəyanatda Rusiyanın adı çəkilmir.

Martın 14-də BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısında Rusiya Britaniya və müttəfiqləriylə qarşılıqlı ittihamlar səsləndirib. Britaniyanın BMT-dəki səfiri deyib ki, toplantı Rusiyadan zəhərləmə insidentinə görə hesab sormaqdan ötrü keçirilib.

Britaniyanın baş naziri Theresa May Rusiyanın 23 diplomatının ölkədən qovulduğunu, Rusiyayla ikitərəfli təmasların dayandırıldığını bəyan edib.

Britaniyanın BMT-dəki səfiri Jonathan Allen Rusiyanı BMT-nin kimyəvi silahlar konvensiyasını pozmaqda suçlayıb, belə ki, Moskva silah səviyyəsində sinir qazı hazırladığını açıqlamayıb. Skripallar Novichok qazıyla zəhərlənib.

Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya isə ittihamı rədd edib, Britaniyanı zəhərlənmə insidenti ətrafında “isterik mühit” yaratmaqda suçlayıb.

Nebenzya deyib ki, Rusiya Britaniyaya Novichok-da istifadəylə bağlı dəlil ortaya qoymaqdan imtina edib.

“KİMYƏVİ SİLAHLARDAN İSTİFADƏ ARTIR”

Rusiyayla Çin birgə qətnamə hazırlayaraq BMT şurasına təqdim ediblər, qətnamədə insidentin beynəlxalq səviyyədə araşdırılmasına çağrılır. Ancaq Britaniya və ABŞ sənədi rədd ediblər.

*** Buna da bax: Keçmiş casusun zəhərlənməsi Putin-in nəyinə lazımdı

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley deyib ki, Solsberi şəhərindəki insident son zamanlar “kimyəvi silahlardan istifadənin artdığını” göstərir, Suriyada kimyəvi silahlardan istifadəylə bağlı məlumatlar da buraya daxildir.

Bu təhlükəli və sabitsizlik yaradan fəaliyyətdə artan narahatlıq doğuran amil Rusiyadır”, – o söyləyib. Haley Rusiyanı Novichok-un hazırlanmasına dair bütün informasiyanı Kimyəvi Silahlardan İstifadənin Qadağanı Təşkilatına təqdim etməyə çağırıb.

May martın 14-də parlamentdə deyib ki, Rusiya insidentlə bağlı izahat təqdim etməyib.

Sergei və Yulia Skripal martın 4-də Solsberidə ticarət mərkəzinin yanında skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar hazırda xəstəxanada ağır durumdadırlar.

*** Buna da bax: Litvinenko-nun xanımı: 'Britaniya ərimin qətlindən nəticə çıxarmayıb'

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

XS
SM
MD
LG