Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

DTX orqan alverçiləri şəbəkəsini ifşa etdiyini deyir


DTX

Qardaşı inanmır

Orqan alqı-satqısı cinayətində ittiham edilən Vahib Xudadatovun «Qarabağ» futbol klubunun U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı olduğu bildirilir.

Apasport.az saytının məlumatına görə, bunu E.Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını söyləyib: ​«Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harada olduğundan xəbərim yoxdur».

+++

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) insan orqanları alqı-satqısı ilə məşğul olan şəbəkəni ifşa etdiyini bildirir. Bu barədə DTX-nın martın 15-də yaydığı məlumatda yazılır.

Məlumata görə, Azərbaycan vətəndaşı Vahib Xudadatov bu məsələ ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub:

«Məhkəmə V.Xudadatov barəsində həbs-qətimkan tədbiri seçib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb edilib. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb. Hazirda istintaq-əməliyyat tədbirləri davam edir», - məlumatda vurğulanır.

DTX bildirir ki, insanları orqan transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında cinayət işi başlanıb, araşdırmalar aparılır.

Bu açıqlamada adı çəkilən V.Xudadatovun və ya onun vəkilinin ittihama münasibətini öyrənmək hələlik mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG