Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:18

İran Rusiya şirkətiylə 4 milyard dollarlıq saziş imzalayır


Bijan Zanganeh, arxiv fotosu

İran martın 14-də Rusiyanın Zarubezhneft dövlət enerji şirkətiylə 742 milyon dollarlıq saziş imzalayıb. Məqsəd ölkənin qərbində iki neft yatağından hasilatın artırılmasıdır.

Zarubezhneft və İranın Dana Energy şirkəti İraq sərhədi yaxınlığındakı Aban və Paydar yataqlarını birgə işləyəcək, gündəlik hasilatı 36 min barreldən 48 min barrelə yüksəldəcək.

Zarubezhneft layihənin 80 faizini, Dana qalanını maliyyələşdirəcək.

Bu yataqlardan hasilatın artırılması bir neçə il ərzində İrana 4 milyard dollar gəlir gətirəcək”, – İranın neft naziri Bijan Namadar Zanganeh Tehranda imzalama mərasimində deyib.

İran Milli Neft Şirkətinin rəhbəri Ali Kardor-un deməsinə görə, bu, ölkənin Rusiya şirkətiylə ilk belə sazişidir.

Rusiyayla münasibətlər siyasi cəbhədə ən yüksək səviyyədədir, ancaq iqtisadi sahədə hələ həmin səviyyəyə çatmayıb”, – o deyib.

XS
SM
MD
LG