Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 15:59

Nazirlik pambıq səfərbərliyi elan edib


Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Ağ qızılın qara dərdi

Bu gün, martın 13-də Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı tədbir keçirilib.

Tədbirdə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən edilməsindən və onların qarşısında duran vəzifələrdən danışılıb.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Məlumatda nazir Heydər Əsədovun təhkimçilərlə görüşüb onlara tapşırıq və tövsiyələr verdiyi vurğulanır.

Təhkimçilər rayonlar üzrə pambıq əkinindən ötrü yerlərdə mövcud vəziyyəti araşdırmalı, pay torpaqlarına üstünlük verməklə əkinəyararlı, su təminatı olan sahələri müəyyənləşdirməli, sahələrdə şumun və aratın aparılmasını yekunlaşdırmalıdır. Nazir səpinqabağı becərmə işlərinə başlanılması ilə bağlı da uyğun tapşırıqlar verib.

Tədbirdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin operativ həll olunması məqsədilə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti, nazirliyin şöbə və qurumaları qarşısında konkret vəzifələr qoyulduğu bildirilir.

Xatırlatma

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi açıqlamışdı ki, 2018-ci ildə Azərbaycanda 2017-ci ildəkindən 3.6 min hektar çox, 140 min hektar sahədə pambıq əkini planlaşdırılır. Ötən il ölkədə 200 min tondan çox pambıq tədarük edilib.

Bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər. Onlar deyirlər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Üstəlik, onlar deyirlər ki, pambıqçılıq ölkədə heyvandarlığa ağır zərbə vurub. Bundan sonra ölkədə ət idxalı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG